xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 

Bakı-Moskva əlaqələrində MÜHÜM gəlişmə - “Soyuq savaş” BİTDİ?

Bugün, 15:30 2 dəfə baxılıb



“Azərbaycan və Rusiya münasibətləri tam bərpa etmək üçün çalışır”. Musavat.com bildirir ki, bu barədə Moskvadakı səfirimiz Rəhman Mustafayev bildirib. “Hazırda fəal normallaşma prosesi gedir. Ticarət-iqtisadi münasibətlərdə, eləcə də siyasi və humanitar əlaqələrdə irəliləyiş var”, - diplomat qeyd edib.

Səfir ardınca 2026-cı ildə Rusiyadan ölkəyə turist axınının bərpa olunacağına ümid etdiyini bildirib: “2024-cü ildə Rusiyadan çox böyük turist axını olub. Müəyyən səbəblərə görə bu axın 2025-ci ildə azalıb. Lakin 2026-cı ilin yanvar ayının rəqəmlərinin göstərdiyi kimi, bu axının bərpa olunacağını gözləmək üçün əsasımız var”. Onun sözlərinə görə, 2025-ci ilin yanvar ayında Rusiyadan Azərbaycana 41 min, 2026-cı ilin yanvar ayında isə 42 mindən çox turist gəlib. 2025-ci ildə Rusiyadan Azərbaycana turist axını 615 min nəfər təşkil edib, 2024-cü ildə isə bu rəqəm 730 min nəfər olub. Mustafayev əlavə edib ki, son dərəcə gərgin beynəlxalq və regional vəziyyət fonunda Azərbaycan sabitlik, təhlükəsizlik və rifahın kiçik adası olaraq qalır. Eyni zamanda, diplomat Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini söyləyib.

Bəs ikitərəfli münasibətlərin tam bərpası nə qədər vaxt ala bilər? Tərəflər arasında “soyuq savaş” bitdimi?

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır, gərginliyə səbəb olan addımlar isə qarşı tərəfdən atılıb.

Onun sözlərinə görə, son aylarda rəsmi səviyyədə təmaslar artıb, Moskva Bakı ilə əlaqələri yaxşılaşdırmağa cəhd edir:

"Son görüşlərdən biri baş nazir müavini Overçuk və xarici işlər naziri müavini Qaluzinin Azərbaycana gəlməsi idi. Cənab Prezidentlə görüşdə ikitərəfli münasibətlərin inkişafı müzakirə edildi, sonra Rusiya liderindən Bakıya zəng gəldi. Rusiya dövlət başçısı cənab İlham Əliyevə İrandan rusiyalıların təxliyəsinə yaradılan şəraitə görə təşəkkür etdi.

Ardınca Rusiyanın humanitar yardımı Lənkəran aeroportuna endi və Astaradan keçməklə İrana getdi. Son 1 ayın içərisində sadaladığım bu faktların baş verməsi göstərir ki, Rusiya Azərbaycanla əlaqələri böhrandan çıxarmaq istəyir. Lakin Azərbaycanın da gözləntiləri var. Xüsusən də təyyarənin vurulması ilə bağlı tələblər hələ də icra olunmayıb. Əgər Putinin Düşənbə görüşündə verdiyi vədi yerinə yetirsə, münasibətlər daha da yaxşı ola bilər".

Deputat qeyd edib ki, Rusiya Duma üzvləri, siyasətçiləri, media resursları da anti-Azərbaycan ritorikasını birdəfəlik yığışdırmalıdır:

"Əgər Rusiya Azərbaycanla strateji müttəfiqliyə dair sənəd imzalayıbsa, oradakı öhdəliklərə riayət olunmalıdır. Azərbaycan bu baxımdan münasibətlərin inkişafının tərəfdarıdır. Ancaq bir sıra hallarda gah hansısa rusiyalı deputat, gah hansısa media orqanı gərginliyə səbəb olan çıxışlara yol verir. Buna da son qoymaq zamanıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi