xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir

13-03-2026, 12:24 10 dəfə baxılıb

Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir


2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin illik hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa olunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər.

"İl ərzində ölkəmiz qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirmiş, sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səy göstərmişdir.
Bu baxımdan 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşü, bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan vermişdir.

Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olmuşdur", -Baş nazir bildirib.

Ə.Əsədov əlavə edib ki, bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcəkdir.
Baş nazir onu da bildirib ki, 2025-ci ildə əldə edilmiş mühüm diplomatik uğurlar sırasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xüsusi əhəmiyyət kəsb edir:

"Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regionda etibarlı tərəfdaş və sabitlik amili kimi rolunun beynəlxalq səviyyədə tanındığını göstərir.
Hesabat ilində Azərbaycan ümumi əhalisi bir milyarddan artıq, ümumi iqtisadi potensialı isə dörd trilyon ABŞ dollarından çox olan D-8 təşkilatına üzv qəbul olunmuşdur.

Eyni zamanda, ötən il ölkəmizdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilmişdir.
Bu tədbirlər sırasında təbii ki, Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü və Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü xüsusilə qeyd etmək olar.

Ölkəmiz cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəkdir.
Onların sırasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu mötəbər tədbir müasir şəhərsalma yanaşmaları və beynəlxalq təcrübə mübadiləsi baxımından qlobal əhəmiyyətə malik platformaya çevriləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi