xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Məsud Pezeşkianın Prezident İlham Əliyevə zəngi Türkiyə mediasında müzakirə edildi - VİDEO

9-03-2026, 09:46 8 dəfə baxılıb

Məsud Pezeşkianın Prezident İlham Əliyevə zəngi Türkiyə mediasında müzakirə edildi - VİDEO


Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Haber Global" öz canlı efirində bu mövzuya xüsisi diqqət yetirib.

Türkiyəli politoloqlar Prezident Məsud Pezeşkianın Azərbaycan dövlət başçısına minnətdarlıq bildirməsini və Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin araşdırılması məsələsini vurğulayıblar.
Qeyd olunub ki, İlham Əliyevin İranın sabiq ali lideri Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsi, həmçinin İrana humanitar yardım təklif etməsi olduqca zamanında və yerində atılmış addım idi. Eyni zamanda, Naxçıvanın dron hücumuna məruz qalmasından sonra istər Azərbaycan Prezidentinin, istərsə də Azərbaycan xarici işlər nazirinin bəyanatları təqdir olunub.

Şərhçilər Levent Ersin Orallı və Eray Güçlüer Türkiyə və Azərbaycanın bölgədə həm güc sahibi olduqlarını bir daha bəyan ediblər və xüsusi vurğulayıblar ki, ölkələrimizi regional münaqişələrə çəkmək istəyən qüvvələrin istəkləri həyata keçməyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi