xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Separatçı canilərin mühakiməsi, Zatulinin yaramazlığı, Kremlin qarnının sancısı

7-02-2026, 09:50 1 dəfə baxılıb

Separatçı canilərin mühakiməsi, Zatulinin yaramazlığı, Kremlin qarnının sancısı


“Rusiya Dumasının MDB, Avrasiya inteqrasiyası məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, hakim partiyanın üzvü Konstantin Zatulinin Qarabağdakı “miatsum”çu rejimin başında duranlar haqda çıxarılan məhkəmə qərarını "qanunsuzluq" və "repressiya" adlandırması, Azərbaycanı Qarabağın “işğal”ında suçlandırması, sözügedən məhkumların buraxılması tələbi ilə çıxış etməsi qətiyyən özfəaliyyət deyil. Əslində, bu gün Rusiyanı personallaşdıracaq bir obraz axtarsaq, o, hətta MDB ölkələrinin bir neçəsində belə "persona non-grata" elan edilmiş Zatulin olacaq”.

Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Onun sözlərinə görə, görəsən, Moskvada öz-özlərinə sual verirlərmi ki, Dumanın Rusiyanın MDB ilə bağlı gözləntilərinin reallaşmasına və Avrasiyada inteqrasiyanı dərinləşdirməsinə çalışmalı olan komitəsinin başında duranlardan birinin qonşu ölkələrdə, hətta guya təəssübünü çəkdiyi Ermənistanda belə bu qədər nifrətlə qarşılanmasına səbəb nədir?

“Baxın, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyana regionda sülh yarandığına görə Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı" veriləndən dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqazda vəziyyətin “mürəkkəb”liyindən dəm vurursa, bunun nə demək olduğunu anlamaq elə də çətin deyil. Zatulinin həmin mükafat haqqındakı açıqlaması da göstərir ki, Fransa parlamentindəkilər kimi, onlar da bizim regionda sülhdə qətiyyən maraqlı deyillər. Çünki bu regionda “parçala, hökm sür” erasına son qoyulduğunu görürlər”, - o vurğulayıb.

Deputatın fikrincə, Azərbaycanın son zamanlar atdığı addımlar, o sıradan Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri hərbçiləri ilə birgə keçirilən “Sülh Qalxanı–2026” əməliyyat-taktiki təlimi də onlara xəbərdarlıqdır ki, qurulan çoxkanallı təhlükəsizlik arxitekturası ölkəmizin onlardan asılılıq dərəcəsini sıfıra endirir: “Ona görə də Rusiyanın bir təmsilçisi regionda sülh prosesinin uğurla irəliləməsindən, Azərbaycanın Ermənistana neft məhsulları satmasından, getdikcə daha çox dövlətin yaranmış reallığı konkret addımlarla dəstəkləyənlər sırasına qoşulmasından narazılığını onu “mürəkkəb vəziyyət” adlandırmaqla bildirir, digəri, yəni Zatulin isə quduzcasına sərsəmləyir.

Ona görə də mən Rusiyanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq Zatulinin yaydığı bəyanatla bağlı ona etiraz notasının təqdim edilməsini tam təbii qarşılayıram. Bu, təkcə Zatulinin yaramaz davranışlarından doğan narazılıq deyil. Kremldəkilər doğrudan da Azərbaycanla normal qonşuluq əlaqəsinin qalmasında maraqlıdırlarsa, oturub düşünməlidirlər ki, nədən ölkələri bizim ən çox etiraz notası verdiklərimizin başında durur? Və əgər Rusiya vurulan sərnişin təyyarəmizlə bağlı tələbimizi yerinə yetirmirsə, oradakı soydaşlarımız yumşaq desək, diskriminasiyaya uğrayırsa, Dumanın MDB ölkələri ilə əlaqələr komitəsinin heç də sıradan olmayan bir üzvü dövlətimizə qarşı ardıcıl olaraq belə həddini aşan fikirlər səsləndirir və cəzasız qalırsa, onda Azərbaycanın həmin MDB-dəki üzvlüyünə yenidən baxmaq ehtiyacı yaranmırmı?”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi