xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 

Zatulin Rusiyanın məkrli planını açıqladı: Moskva Bakıdan bunu tələb edir

30-06-2025, 12:11 3 dəfə baxılıb

Zatulin Rusiyanın məkrli planını açıqladı: Moskva Bakıdan bunu tələb edir


Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib ki, Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb.

Ermənilərin muzdlu nökəri olan Zatulin bu barədə “Lenta.ru” saytına müsahibəsində danışıb.

Deputat qeyd edib ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü deyil, onun üzvlərinə münasibətdə strateji tərəfdaş ifadəsi işlədilir. Eyni zamanda, belə üzvlük açıq anti-Rusiya kursunun həyata keçirilməsindən qorunmur, deyə o qeyd edib.

Zatulin müsahibəsində Rusiyanın əsas məqsədinin nə olduğunu da açıqlayıb. O bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Rusiyanın reaksiyasını nəzərə almır.

"Bundan sonra Azərbaycan rəhbərliyinin Rusiyanın bu cür hərəkətlərə müdaxiləsindən ehtiyatlanmağa heç bir əsası qalmadı. Rusiya ilə xüsusi münasibətləri vurğulamaq zərurəti əhəmiyyət kəsb etməkdən çıxdı", - Zatulin bildirib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik tarixi boyu heç vaxt əvvəldən Rusiya ilə strateji tərəfdaş olmayıb.

“Bu, bizim tərəfimizdən səhvdir. Bizim Azərbaycandan şimal-cənub dəhlizinin elementi kimi istifadə etmək planlarımız, fikrimcə, çox problemlidir. Baxmayaraq ki, bu iş davam edir, amma hələ ki, irəliləyişə səbəb olmayıb", - deputat bildirib.**Publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi