14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
"Laçın dəhlizinin açarı" - Qubadlı: Düşmənin məxfi planı necə alt-üst edildi?
27-10-2025, 09:00
4 dəfə baxılıb
Qubadlının azad edildiyi gün Azərbaycan tarixinin qızıl səhifələrindən biri kimi yaddaşlara həkk olunub.
Qubadlı əməliyyatı Ordumuzun iradə və qətiyyətinin simvoluna çevrildi və Şuşaya gedən yolun əsas halqası oldu. Ermənistan bu rayonu illərlə Laçın dəhlizinin təhlükəsizliyini təmin edən strateji baza kimi istifadə etmişdi.
Azərbaycan Ordusunun "Harop" dronu ilə "S-300" sistemini məhv etməsi Qubadlı əməliyyatının dönüş nöqtəsi oldu. Balasoltanlıdan başlayan irəliləyişlə Ordumuz ardıcıl kəndləri azad edərək düşmənin müdafiə xəttini yarmağa nail oldu.
Düşmənin planlaşdırdığı əks-hücum "Smerç" zərbələri və kəşfiyyatın düzgün koordinasiyası ilə tam iflasa uğradıldı. 25 oktyabrda Qubadlının mühasirəsi tamamlandı, 26 oktyabrda isə şəhər rəsmi şəkildə azad olundu. Qubadlının azadlığı Laçın dəhlizinə yol açdı və Azərbaycanın hərbi üstünlüyünü dünyaya nümayiş etdirdi. Bu gün Qubadlıda dalğalanan Bayraq yalnız Qələbənin deyil, hərbi uzaqgörənliyin və milli iradənin qırılmaz rəmzidir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: