xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”

25-10-2025, 10:00 5 dəfə baxılıb

Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”


“25 oktyabr Azərbaycan tarixinin unudulmaz səhifələrindən biridir. Bu gün biz təkcə bir şəhərin işğaldan azad edilməsini deyil, həm də 44 günlük Vətən müharibəsinin gedişində böyük dönüş yaradan tarixi bir mərhələni qeyd edirik”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Qubadlı şəhəri strateji baxımdan mühüm mövqedə yerləşdiyi üçün onun azad olunması həm əməliyyat planına, həm də müharibənin ümumi gedişatına böyük təsir göstərmişdir.” Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şəhər və ətraf kəndlər düşmən tərəfindən möhkəmləndirilmiş istehkamlarla qorunurdu. Düşmən hərbi birləşmələrini yüksək dağ mövqelərində yerləşdirmişdi və buradan ordumuzun hərəkət istiqamətlərinə müntəzəm atəş açırdı. Lakin Azərbaycan əsgəri qarşısında bu istehkamlar da tab gətirmədi. Əvvəlcə strateji yüksəkliklər ələ keçirildi, ardınca Xanlıq, Padar, Sarıyataq kimi kəndlər düşməndən təmizləndi. Nəhayət, 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq orada dövlət bayrağımızı ucaltdı.”

Millət vəkilinin fikrincə, Qubadlı əməliyyatının uğurla başa çatması, əslində, Zəngilan və Laçın istiqamətlərində də növbəti qələbələrin əsasını qoydu: “Məhz Qubadlının azad olunması ilə Azərbaycan Ordusu həm Qarabağın cənub-qərb hissəsində strateji nəzarəti təmin etdi, həm də Ermənistan ordusunun logistika xətlərini tam çökdürdü. Düşmənin müqavimət gücü qırıldı, onun müdafiə sistemində ciddi boşluqlar yarandı. Bu isə müharibənin son mərhələsinə – Şuşa əməliyyatına doğru gedən yolda çox vacib addım idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu dünyanın ən peşəkar və müasir ordularından biridir. Ordumuzun yüksək döyüş ruhu, texniki təchizatı və taktiki hazırlığı bu uğurun qazanılmasında əsas amillərdən oldu.

Qubadlı uğrunda döyüşlərdə iştirak edən igid hərbçilərimizin qəhrəmanlıqlarının əbədiləşdirilməsi məqsədilə dövlət başçısının müvafiq Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Bu medal təkcə fərdi igidliyin deyil, həm də xalqın birliyinin, vətənpərvərlik ruhunun rəmzidir. Bu gün 25 oktyabr – Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu tarix Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir. Qubadlı şəhəri günü hər bir azərbaycanlı üçün qürur, fərəh və minnətdarlıq günüdür” .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi