xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

"Azərbaycan artıq qlobal proseslərin fəal iştirakçısına çevrilib" - AÇIQLAMA

14-10-2025, 09:11 2 dəfə baxılıb

"Azərbaycan artıq qlobal proseslərin fəal iştirakçısına çevrilib" - AÇIQLAMA


"Misirdə, Yaxın Şərqdə sülhün əldə olunması niyyəti ilə liderlərin iştirakı xüsusunda Sülh Sammiti keçiriləcək və Qəzza zolağında davam edən üzücü müharibəyə son qoymaq, saxlanılan şəxslərin mübadiləsini həyata keçirmək əsas hədəf olacaqdır. Tədbiri bizim üçün əlamətdar edən həm də cənab Prezident İlham Əliyevin Sülh Sammitində iştirakıdır".

Bu sözləri açıqlamasında politoloq İlyas Hüseynov Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitini şərh edərkən deyib.

Onun sözlərinə görə, təkcə oktyabr ayı ərzində Prezidentin səfərlərini təhlil etsək, deyə bilərik ki, Azərbaycan artıq qlobal məsələlərin həll olunduğu platformalarda yaxından iştirak edir.

"Məsələn, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən toplantısı, ardınca Qəbələdə Türk Dövlətləri Təşkilatının mühüm Zirvə Görüşü, Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının sammiti, ardınca Misirdə Yaxın Şərq tematikası üzrə Sülh Sammitində cənab Prezidentin iştirakı Azərbaycanın qlobal nüfuzundan xəbər verir. Azərbaycan artıq yavaş-yavaş Yaxın Şərq siyasətində də fəal rol oynamağa çalışır. Suriyada vətəndaş müharibəsi bitdikdən sonra oraya ilk humanitar yardım göndərən dövlətlərdən biri də Azərbaycan olub. Azərbaycan həm də Türkiyə-İsrail danışıqlarında vasitəçi kimi çıxış edir və bununla da Yaxın Şərq mövzusu ilə yaxından maraqlandığını ifadə edir.

Azərbaycan Suriyaya həm də təbii qazın nəqli ilə məşğuldur. Yəni Yaxın Şərq istiqamətində siyasi gündəlik çox genişdir və Azərbaycan sülhün, ədalətin, bərabərliyin, BMT nizamnaməsindən irəli gələn müddəaların, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin qorunmasının ardıcıl təşəbbüskarı və bu istiqamətdə fəal siyasət yürüdən dövlətlərdən biridir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi