xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Sahibə Qafarova: Azərbaycan təcrübəsindən bir çox dünya ölkələri faydalanacaq

30-09-2025, 11:42 10 dəfə baxılıb

Sahibə Qafarova: Azərbaycan təcrübəsindən bir çox dünya ölkələri faydalanacaq


Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci il BMT-nin 80-ci Baş Assambleyasındakı çıxışı Azərbaycanın yaratdığı yeni reallığın dünyaya təqdimatı baxımdan mühüm tarixi əhəmiyyət kəsb edir.

Bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin payız sessiyasının ilk plear iclasında açılış nitqi ilə çıxış edərkən deyib.

Spiker bildirib ki, cənab Prezident BMT tribunasından çıxışında Azərbaycanın onilliklər ərzində işğala məruz qalan ölkə statusundan qalib və regional lider ölkə statusuna qalxdığını beynəlxalq aləmə təqdim edib.

Spiker əlavə edib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və digər sənədlər bölgədə dayanıqlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır. “Sülh ancaq beynəlxalq hüquq normaları daxilində mümkündür”, - o qeyd edib.

Milli Məclis sədri əlavə edib ki, Prezident BMT tribunasında işğaldan azad edilən torpaqlarda minalardan təmizlənmə, ata yurdlarından didərgin düşnən insanların qayıdış prosesi haqqında geniş məlumat verib. “Ümumiyyətlə cənab Prezident BMT tribunasında dünyaya Azərbaycanın böyük bacarıqlara malik dövlət modelini təqdim edib”, - o vurğulayıb.

Sədr onu da bildirib ki, bu gün Azərbaycan Avropa ilə Asiyanın inkişafına töhfə verən bir bağlantı qovşağına çevrilib və cənab Prezident bunun əhəmiyyətini mötəbər tribunadan beynəlxalq aləmə təqdim edib. “Prezident dövlətlərin daxili işinə müdaxilə etmədən, iki standartlardan uzaq beynəlxalq hüquqa hörmət əsasında əməkdaşlığa üstünlük verdiyini beynəlxalq aləmin diqqətinə çatdırıb. İnamla demək olar ki, Prezidentin bu fikirləri və Azərbaycan təcrübəsi bir çox dövlətlər üçün əhəmiyyətli olacaq və bu təcrübədən faydalanacaqlar”, - spiker qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi