xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:11 – İlham Əliyev açılışda iştirak edib - FOTOLAR 
  • 12:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 19:34 – İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır 
  • 17:36 – Prezident icra başçısını vəzifədən AZAD ETDİ 

Prezident İlham Əliyev Keniya Prezidenti ilə görüşüb - FOTOLAR - YENİLƏNİB

24-09-2025, 09:16 6 dəfə baxılıb

Prezident İlham Əliyev Keniya Prezidenti ilə görüşüb - FOTOLAR - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.

"Söhbət zamanı dövlət başçıları Azərbaycanla Keniya arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə etdilər. Azərbaycanın Keniyada səfirliyinin açılmasının əlaqələrimizin inkişafına təkan verdiyi qeyd olundu. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulandı, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün hökumət rəsmilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələsinə toxunuldu. Bu xüsusda, enerji, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.

Keniyanın BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının ikinci sessiyasına ev sahibliyi etdiyi qeyd olunaraq, Azərbaycanla Keniya arasında bu çərçivədə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.

"Bu barədə APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi