xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

"EU Reporter": İlham Əliyev - Cənubi Qafqazda sülhün memarı

21-08-2025, 09:00 2 dəfə baxılıb

"EU Reporter": İlham Əliyev - Cənubi Qafqazda sülhün memarı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm daxili, həm də xarici siyasətdə dünya liderinə çevrilir. O, öz adını təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın və ətraf regionun tarixinə yazdırıb.

"Report" xəbər verir ki, bu barədə beynəlxalq jurnalist və Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə ekspert Derya Soysalın "EU Reporter" üçün yazdığı məqalədə deyilir.

D.Soysal qeyd edir ki, İlham Əliyev prezident kimi fəaliyyətə başladığı andan etibarən özünü Azərbaycanı sabitlik, rifah və beynəlxalq səviyyədə tanınma dövrünə aparan uzaqgörən lider kimi təsdiqləyib. Bununla belə, o, məhz 2020-ci il Qarabağ müharibəsindəki qələbədən sonra öz adını tarixə qızıl hərflərlə yazdırıb. O vaxtdan bəri İlham Əliyev regionun tarixini dəyişən lider adlandırılır.

Onun sözlərinə görə, "Böyük Qayıdış" proqramı prezidentin azad edilmiş əraziləri bərpa etmək əzmini əks etdirir. Müasir infrastruktur, hava limanları, yollar və elektrik stansiyaları tikilir - bütün bunlar uzun müddət işğal altında olmuş regionlar üçün ümidverici gələcəyin rəmzləridir.



D.Soysal qeyd edib ki, Qarabağın qaytarılması təkcə hərbi qələbə deyildi, bu, həm də Azərbaycana qarşı dezinformasiya yayan bütöv lobbiçilər şəbəkəsi üzərində qazanılmış qələbə idi.

Müəllif həmçinin xatırladıb ki, məhz Azərbaycan Prezidenti torpaqların işğaldan tam azad edilməsindən dərhal sonra Ermənistanla sülh və münasibətlərin normallaşdırılması üçün yol xəritəsi təklif edib.

"Son beş ildə sülh prosesi yavaş-yavaş, bəzi uğursuzluqlar və fasilələrlə olsa da, məhz Azərbaycanın təklif etdiyi yol xəritəsi ilə irəliləyib. İlham Əliyev Ermənistan üzərində əhəmiyyətli üstünlüyə malik olsa da və Cənubi Qafqazın gücü kimi çıxış etsə də, regionda sabitliyin təmin edilməsi üçün sülhü ilk təklif edən məhz o olub", - D.Soysal bildirib.

Jurnalist qeyd edir ki, 20 il ərzində İlham Əliyev Azərbaycanı beynəlxalq arenada hörmət qazanan, dinamik iqtisadiyyata və müasir orduya malik regional gücə çevirib.

"Onun liderliyi dözümlülüyü, strateji baxışı və milli suverenliyə sadiqliyi təcəssüm etdirir. Azərbaycan xalqı tarixi arzuları reallığa çevirməyi bacaran prezidentin rəhbərliyi altında gələcəyə inamla baxa bilər", - müəllif vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi