xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: Azərbaycan üçün nə dəyişir?!

8-08-2025, 15:30 4 dəfə baxılıb




ABŞ-ın nüfuzlu “Axios” nəşri Ağ Evdəki mənbələrə istinadla Ermənistanın Zəngəzur dəhlizinin açılmasına və bu marşrutun Amerikanın nəzarətinə verilməsinə razılıq verdiyini bildirib.

Musavat.com xəbər verir ki, məlumata görə, 43,5 kilometr uzunluğundakı dəhliz “Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu” adlandırılacaq.

Bəzi dairələrdə bu adın Azərbaycanın milli maraqlarına zidd olduğu yönündə səthi yanaşmalar səslənsə də, əslində “Tramp Yolu” ifadəsi sırf diplomatik və beynəlxalq simvolikadır. Mahiyyət etibarilə bu yol Zəngəzur dəhlizi olaraq qalır və Azərbaycan üçün tarixi, siyasi və iqtisadi əhəmiyyətini tam şəkildə qoruyur.

Əsas məsələ odur ki, bu razılaşma ilə:
Zəngəzur dəhlizinə Rusiya hərbçiləri deyil, ABŞ şirkətləri və hərbi müşahidəçiləri nəzarət edəcək

Azərbaycanla Naxçıvan arasında, eyni zamanda Türkiyə ilə Türk dünyası arasında quru yol bərpa olunur

Rusiya, İran və Fransa kimi regionu öz təsir zonasında saxlamağa çalışan qüvvələrin qarşısına ABŞ çıxarılır.

Analitiklərə görə, bu, təkcə iqtisadi və logistik deyil, həm də geosiyasi zərbənin formalaşmasıdır. Cənubi Qafqazda Rusiya təkbaşına qalmır – artıq ABŞ da oyunçu kimi bölgəyə daxil olur. Həmçinin, İranın və Fransanın müxtəlif separatçı və anti-Azərbaycan oyunlarına qarşı da real cavab formalaşır.

Azərbaycan uzun illər Zəngəzur dəhlizi ideyasını müdafiə edərkən, bu marşrutun Türk dünyasının strateji arteriyasına çevriləcəyini də bəyan edirdi. İndi bu yol reallığa çevrilir – özü də ABŞ-ın beynəlxalq zəmanəti ilə.

“Tramp Yolu” adlandırılması yalnız beynəlxalq diplomatik jestdir. Azərbaycanın suveren maraqları, siyasi hədəfləri və iqtisadi üstünlükləri bu dəhlizlə daha da güclənir.

Musavat.com xəbər verir ki, bu hadisə həm də Azərbaycanın diplomatik manevr imkanlarının nə qədər güclü olduğunu, Ermənistanın isə Rusiya qarşısında açıq şəkildə mövqe dəyişdirdiyini göstərir.

Zəngəzur dəhlizi ilə ABŞ gəlir, Rusiya geri çəkilir. Bu, yeni dövrün başlanğıcıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi