xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:11 – İlham Əliyev açılışda iştirak edib - FOTOLAR 
  • 12:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 19:34 – İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır 
  • 17:36 – Prezident icra başçısını vəzifədən AZAD ETDİ 

Kreml Qafqazda nəyə hazırlaşır? – İrəvan və Bakı hədəfdə, 3 ölkə meydanda

29-07-2025, 09:11 10 dəfə baxılıb

Kreml Qafqazda nəyə hazırlaşır? – İrəvan və Bakı hədəfdə, 3 ölkə meydanda


Son həftələrdə Ermənistanın Gümrü bölgəsindəki 102-ci bazasına çox sayda hərbi texnika və sursat gətirilməsi regionda narahatlıqla qarşılanıb. Məlumata görə, hər gün Rusiyadan Ermənistana silah dolu bir neçə yük təyyarəsi enir. Rəsmi açıqlama olmasa da, bu vəziyyət müxtəlif iddialara səbəb olub. Bəziləri bu silahlanmanı Moskvadan İrəvana hərbi çevriliş planı ilə əlaqələndirir. Ermənistan hakimiyyətinin susqunluğu isə sualları daha da artırır.

Rusiyanın bu hərbi hərəkətliliyi Cənubi Qafqazda yeni gərginliyin başlanğıcı ola bilərmi? Rusiya Ermənistanda çevrilişmi planlaşdırır? Və ya məqsədi nədir?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən proses Moskvanın Cənubi Qafqazdakı hərbi mövqelərini gücləndirməyə yönəlmiş addımdır:

“İrəvan və Kreml arasında siyasi böhran yaşanır. Hazırkı vəziyyət həm Ermənistan, həm də Azərbaycana əzələ nümayişi olaraq qiymətləndirilə bilər. Bu ölkə Ukraynaya qarşı dünyanın gözü önündə müharibə aparırsa, eyni addımları Ermənistanda da atması mümkündür. Gümrüdəki bazada hərbi çevriliş baş verə, bu halda revanşist qüvvələr hakimiyyətə gələrək Bakıya qarşı müharibə elan edə bilərlər. Kremldən hər şey gözlənilir. Əgər Rusiya belə bir addım atsa, qarşısında Türkiyəni, Böyük Britaniyanı və Pakistanı görəcək”.

Politoloq qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda geo-rəqabət şəraitində Gümrüdəki hərbi bazalarını möhkəmləndirməsi yeni bir rəqabətə hazırlıqdır:

“Ermənistan Zəngəzur dəhlizinə nəzarəti Rusiyaya vermək istəmir. Bu, regionda yeni gərginlik yarada bilər. Digər tərəfdən, İrəvan anti-Rusiya siyasətini davam etdirir. Seçkilərin yaxınlaşması ilə paralel olaraq, Ermənistandakı revanşist müxalifət də aktivləşib və Moskvadan dəstək gözləyirlər. Proseslər ciddi şəkildə inkişaf edir və görünür, Rusiyanın bütün kartları əldən çıxdığı üçün artıq Gümrüdə və Ermənistandakı siyasi prosesləri idarə etməyə başlayacaq. Təbii ki, Kreml qoşun birləşmələrini Zəngəzura da yerləşdirə bilər. Yəni baş verə biləcək heç bir ehtimalı istisna etmirəm. Çünki Rusiya zəiflədikcə daha da aqressiv və azğın siyasət yürüdür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi