xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? - Özü danışdı

2-07-2025, 11:16 1 dəfə baxılıb

Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? - Özü danışdı


İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı”.

Bunu Musavat.com-a açıqlamasında Ural bölgəsində yaşayan Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski azadlığa çıxdıqdan sonra deyib.

Şiklinski bildirib ki, o, həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən biridir və bu proses üçün çalışanlardandır. Onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə, Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub.



Şahin Şıxlinski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlıq edib: “Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq.”

“Bütün bu olanlardan, araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz?”, sualına isə Şıxlinski nikbin cavab verib: “Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna girəcək.”

Xatırladaq ki, ötən axşam Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınski vəhşicəsinə saxlanılmışdı. Bir neçə saat sonra isə əvvəlcə oğlu, sonra isə Ş.Şıxlinski sərbəst buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi