xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məktub mübadiləsi olub

4-04-2025, 13:42 2 dəfə baxılıb

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məktub mübadiləsi olub


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi ilə əlaqədar iki ölkənin xarici işlər nazirləri arasında məktub mübadiləsi olub.

XİN xəbər verir ki, 4 aprel tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur.

Bu münasibətlə, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub.

Azərbaycan Respublikası xarici işlər nazirinin məktubunda bildirib ki, ötən onilliklər ərzində ölkələr arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib:

"Təbii ki, ən yüksək səviyyədə müntəzəm siyasi dialoq əməkdaşlığın mütərəqqi inkişafında mühüm amil olmaqla hər zaman Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə rəvac verib.

22 fevral 2022-ci il tarixində Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edərək, müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

Bu gün, intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik qarşılıqlı fəaliyyəti səmərəli şəkildə möhkəmlənməkdə davam edir. Bunun bariz nümunəsi ticarət dövriyyəsinin durmadan artması, qanunvericilik bazasının genişləndirilməsi, eləcə də birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsidir. İkitərəfli gündəmdə mədəni-humanitar əlaqələrin və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutur.

Şübhəsiz ki, xarici siyasət qurumları arasında sıx əməkdaşlıq qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edir.

Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin olunacaqdır", - Ceyhun Bayramovun məktubunda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi