xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

İlham Əliyev və Macarıstanın baş naziri arasında məktub mübadiləsi olub

5-05-2022, 12:55 29 dəfə baxılıb

İlham Əliyev və Macarıstanın baş naziri arasında məktub mübadiləsi olub


Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi münasibətilə Sizə ən xoş arzularımı yetirirəm.

Şadam ki, son üç onillikdə ölkələrimiz arasında əlaqələr davamlı şəkildə inkişaf edib və biz qarşılıqlı hörmətə əsaslanan sıx strateji tərəfdaşlıq münasibətləri qurmuşuq.

Sizi əmin edirəm ki, Macarıstan siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsinə sadiqdir. Ümumi məqsədlərimizə nail olmaq üçün Siz bundan sonra da hökumətimin dəstəyinə arxalana bilərsiniz. İnanıram ki, enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsi və macar şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı ilə bağlı danışıqlar uğurla nəticələnəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurla arzu edirəm”.

Eyni zamanda Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikası ilə Macarıstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Müasir diplomatik əlaqələrimizin tarixi 30 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Macarıstan Azərbaycan üçün yaxın dost və tərəfdaş ölkədir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən onilliklər ərzində dövlətlərarası münasibətlərimiz dinamik və hərtərəfli inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz daha da genişlənmişdir.

Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.

Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz Macarıstandan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

Azərbaycan ilə Macarıstan həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Macarıstanın Avropa İttifaqı çərçivəsində ölkəmizə göstərdiyi dəstəyi və Türk Dövlətləri Təşkilatı xətti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycan Respublikası ilə Macarıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi