xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Onlar YAP-dan QOVULACAQ?..

20-12-2019, 15:00 56 dəfə baxılıb

Onlar YAP-dan QOVULACAQ?..


Ötən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, daha sonra isə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov korrupsiya hallarına yol verdiklərinə görə həbs ediliblər. Hər üç şəxs hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Xüsusilə, Ramiz Tatarovun Ağstafa rayon təşkilatının sədri olması mətbuatda müzakirələrə səbəb oldu. Hətta bu şəxslərin partiya üzvlüyündən kənarlaşdırılmasını təklif edənlər var.
Bəs həmin şəxslərin partiya üzvlüyündən kənarlaşdırılması məsələsinə baxıla bilərmi?

Modern.az saytı bu barədə məlumat əldə etmək üçün hakim partiya ilə əlaqə saxlayıb. Partiyanın mətbuat xidmətindən saytımıza hələlik bu barədə müzakirə aparılmadığı bildirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə saytımıza bildirib ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir:

“Onların partiya üzvlüyündən kənarlaşdırılması partiyanın ali qurumunun qərarı ilə gerçəkləşə bilər. Partiya rəhbəliyi, İdarə Heyəti necə qərar etsə, elə də olacaq. Hələlik belə bir təklif yoxdur. Amma partiya üzvülüydən uzaqlaşdırılma halları dəfələrlə olub. 2005-ci il hadisələrindən sonra da bir neçə nəfər partiyadan kənarlaşdırılıb. İstənilən halda qanun alidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi