xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Oliqarxiyaya zərbə: Yeni parlamentdə onlar da olmayacaq - “5-ci kolon”un parlamentdə uzantısı mövcud idi"

17-12-2019, 15:33 67 dəfə baxılıb

Oliqarxiyaya zərbə: Yeni parlamentdə onlar da olmayacaq - “5-ci kolon”un parlamentdə uzantısı mövcud idi"


Oliqarxiyaya zərbə: Yeni parlamentdə onlar da olmayacaq
İndi ən çox təlaş içində olanlar vaxtında keçmiş məmurların “seçdirdiyi” deputatlardır. Artıq “Şakir Şəkəroviç”lərə çevrilən eks-nazirlər nə o haydadırlar ki, yenidən himayələrində olan adamları parlamentə salmağa can atsınlar, nə də əvvəlki qüdrət, nüfuz, təsir imkanları qalıb.

Ona görə də V çağırış üzrə deputatlar arasında bəziləri əl-ayağa düşüblər, təşviş keçirirlər ki, 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində onların aqibəti necə olacaq.

Belə xəbərlər var ki, sabiq nazirlərdən Ziya Məmmədovun, Eldar Mahmudovun, Fazil Məmmədovun kadrları, habelə keçmiş PA rəhbərliyinə yaxınlığı ilə seçilən deputatların növbəti dəfə mandat sahibi olacağı sual altındadır. Hətta bəzilərinin üstündən xətt çəkildiyi iddiaları da var. Gözləntilər gələnilki seçkilərdə Milli Məclisin indiki tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi yönündədir.

Bir sıra yaşlı deputatların, millət vəkilliyi ilə yanaşı, hökumətdə müxtəlif vəzifə tutan mandat sahiblərinin parlamentdən kənarda qalacağı proqnozlaşdırılır.

ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, hakimiyyətdən uzaqlaşdırılmış qüvvələrin deputatları daha parlamentdə olmayacaqlar. Onun sözlərinə görə, əvvəllər icra hakimiyyəti orqanlarında olduğu kimi qanunverici orqanda da nazirlərin nümayəndələri varıydı.

S.Cəlaloğlu hesab edir ki, həmin deputatlar bu müddət ərzində nazirliklərin maraqlarına uyğun qərarlar çıxarıblar, xalqın mənafeyinə zidd addımlar atıblar: “Onlar təmizlənirlər və parlamentdə yeni qüvvələr təşkil ediləcək. Bəzi nazirlərə bağlı deputatlar varıydı ki, qanunverici orqanı işləməyə qoymadılar. Millətin əleyhinə danışırdılar. Onların arasında ruspərəst qüvvələr varıydı, Qarabağ probleminin uzanmasında maraqlıydılar. Bu ”5-ci kolon"un parlamentdə uzantısı mövcud idi. Güman edirəm ki, onlar daha olmayacaqlar. Hər halda, 20 ildə parlament xalqın maraqlarına uyğun xidmət göstərməyib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi