xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 

İrəvan çox tələsir: İstanbulda razılıq olacaq - Abramyan

17-10-2024, 14:22 7 dəfə baxılıb



“3+3” formatında görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri türkoloq Mger Abramyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

Onun sözlərinə görə, “3+3” platformasında sülh müqaviləsi layihəsinin hələ razılaşdırılmamış məqamları müzakirə oluna bilər ki, bu da yekun sənədin imzalanmasını yaxınlaşdırar:

“Türkiyə və Azərbaycan çox güman ki, birgə hərəkət edəcək və Ermənistan rəhbərliyi və XİN isə müəyyən razılığa gələ bilər. Sonra daha bir görüş olacaq, orada bu müqavilə kağız üzərində təsbit ediləcək”.

Abramyanın fikrincə, əgər əvvəllər Azərbaycan sülh sazişində tələsirdisə, indi Ermənistan tələsir və rəsmi Bakının təkid etdiyi bütün şərtləri və məqamları qəbul etməyə hazır kimi görünür. Bu, ilk növbədə Azərbaycana, sonra isə Türkiyəyə sərfəlidir:

“Rusiya Ukrayna böhranı ilə məşğul olduğu, Qərb Ermənistanla Azərbaycan arasında “sülh göyərçini” roluna can atdığı bir vaxtda Türkiyənin regionda öz mövqelərini möhkəmləndirməsi üçün çox əlverişli şərait yaradılır, İran isə öz sərhədlərini qorumağa və Zəngəzur vasitəsilə dəhliz yaradılmasının qarşısını almağa çalışır. Türkiyə bölgəyə müharibə ilə “girdi”, sonra yumşaq gücə keçdi”.

Qeyd edək ki, “3+3” formatında görüş 18 oktyabrda İstanbulda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi