xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 14:17 – İlham Əliyev Trampa başsağlığı verdi 
  • 13:01 – PA rəhbəri də səs verdi - Fotolar 
  • 12:54 – Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib 

Sülh sazişinin imzalanmasl gözlənilir? - İrəvan tam hazır deyil

10-01-2024, 16:00 0 dəfə baxılıb



Yanvarın 4-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli ictimai televiziyaya müsahibəsində deyib. Onun sözlərinə görə, hələlik rəsmi Bakı bununla bağlı mövqe bildirməyib. Armen Qriqoryan həmçinin əlavə edib ki, yanvarın sonunda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası olacaq. Qeyd edək ki, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin iştirakı ilə görüş 2023-cü ilin noyabrın 30-da baş tutub. Bakı sərhədlərin delimitasiyasını sonraya saxlamağı, sülh sazişinin imzalanmasını, yaxud ən azı bununla bağlı niyyət sənədinin qəbul edilməsini istəyir. İrəvan isə “güzgü prinsipi”ni, yəni qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini irəli sürür. Həmçinin ikitərəfli formatda danışıqları daha çox sərhəd məsələsi üzərində fokuslamaqla əsas müzakirələri Qərb platformasına daşımağa çalışır. Ekspertlərə görə, bu yanaşma sülh sazişinin imzalanmasını gecikdirən amildir.
Tərəflər arasında sülh danışıqları prosesini "Sherg.az"a dəyərləndirən politoloq Azər Rəşidoğlu yaxın günlərdə sülh müqaviləsinin imzalanmayacağını düşünür. Ekspertin fikrincə, bunun baş verməsi üçün Ermənistan tərəfinin ciddi addım atması lazımdır:

"Hazırda belə bir addımın atılacağı niyyətini müşahidə etmirik. Ermənistan siyasi məkanında güclü fikir ayrılığı hökm sürür. Bu ildən etibarən ölkədə vəziyyətin gərginləşəcəyi gözlənilir. Qarabağ separatçılarının Ermənistan ərazisində yenidən qondarma qurumu bərpa etmələri, “dövlət institutlarının” bərpa cəhdləri ona işarə edir ki, İrəvan sülhün imzalanmasında hələlik maraqlı deyil. Ermənistan hökuməti ilk növbədə qanunsuz rejimin bütün fəaliyyətini tam dayandırmalıdır. Bunu etmirsə, deməli, prosesin bu cür gedişində İrəvan da maraqlıdır və şərikdir. Açıqlamalar fərqli yöndə olsa da, reallıqda Ermənistan tərəfi bütün yollardan istifadə etməklə, sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır. İrəvanın hazırkı strategiyası bundan ibarətdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi