xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Amerika Azərbaycana qarşı bu addımı atarsa... - Bütün Azərbaycan xalqını düşmən elan etmiş olacaq...

25-09-2024, 15:30 1 dəfə baxılıb



Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasına “Artsax Gəlirlərinin Bərpası Aktı” adlı qanun layihəsi təqdim edilib.

Gununsesi.info bildirir ki qanun layihəsinin müəllifi Kaliforniyadan konqresmen Adam Şiffdir.

Qanun layihəsində söhbət Qarabağın işğalı zamanı o ərazilərdə yaşayan ermənilərə maddi kompensasiyaların verilməsindən gedir, əks təqdirdə isə Azərbaycana qarşı bir sıra sanksiyaların( konkret şəxslərə qarşı) sanksiyaların tətbiqi , o cümlədən prezident suveren aktivlərimizin donrulmasına qədər nəzərdə tutulur.

Qanun layihəsində Azərbaycan hərbi təcavüzdə və etnik təmizlikdə ittiham olunur.

Mahiyyət nədən ibarətdir?

Siyasi şərhçi Kamran Cəfərov Gununsesi.info-ya layihə barədə bunları deyib:

Birincisi, “Bu aktın N/P-yə təqdim edilməsi, Adam Şiffin şə𝘅𝘀𝗶 təşəbbüsüdür. Konqresə seçkilərə 42 gün qalır və 23 il ərzində Kaliforniyanı N/P-də təmsil edən Şiff bu səfər Kaliforniyanı Senatda(Senator N/P-nin üzvündən daha ağırçəkili fiqur sayılır) təmsil etməyə çalışacaq. Kaliforniyadan senator olmaq üçün erməni lobbisinin birmənalı dəstəyi tələb olunur.

Ikincisi, bu qanun layihə hətta N/P və Senatda qəbul olunsa(bunun ehtimalı 0 %-ə yaxındır), heç bir halda ölkə başçısı tərəfindən imzalanmaz. Ona görə ki, Bayden administrasiyası son 4 il ərzində regionda sülh üçün ciddi səylər göstərib. Şiffin təqdim etdiyi akt isə, yumşaq desək, dayanıqlı sülhün bərqarına xidmət etmir və aktda əks olunan kəskin və ədalətsiz ifadələr Ağ Ev administrasiyasının ritorikasına ziddir.

Üçüncüsü, Vaşinqtonda çox gözəl bilirlər ki, Azərbaycan hakimiyyətinə qarşı ciddi təzyiqlərə zərurət yaranarsa, bunu, bitmiş münaqişə üzərindən etmək düzgün deyil.

Ən azı ona görə ki, bu təzyiqlər əhali arasında dəstəklənməz. Ciddi təzyiqlər üçün, çox effektiv metodlar və hüquqi zəminlər var. Misal üçün 4 iyun 2021-ci ildə Baydenin imzaladığı “Korrupsiyaya qarşı mübarizə” memorandumu, hansında ki, Bayden korrupsiyaya qarşı mübarizəni, ABŞ-ın xarici siyasətdə əsas prioriteti elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi