xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Qənirə Paşayevanı o əvəzlədi - FOTO

2-09-2024, 13:51 4 dəfə baxılıb

Qənirə Paşayevanı o əvəzlədi - FOTO


Məhrum deputat Qənirə Paşayevanın təmsil etdiyi dairədən sabiq nazir müavinin qardaşı seçilib.

106 saylı Tovuz seçki dairəsindən mərhum Qənirə Paşayevanın yerinə İqtisadiyyat nazirinin sabiq müavini Niyazi Səfərovun qardaşı Nizami Səfərov seçilib.
Qeyd edək ki, deputat Nizami Səfərovun qardaşı Niyazi Səfərov 2022-ci ilədək Azərbaycan iqtisadiyyat nazirinin müavini olub.

Nizami Səfərov isə özü bundan öncəki çağırışlarda Milli Məclisin deputatı olub. Bu dəfə isə onun namizədliyi hakim partiya tərəfindən mərhum Qənirə Paşayevanın təmsil etdiyi 106 saylı Tovuz seçki dairəsindən verilib.

Qeyd edək ki, mərhum deputat Qənirə Paşayva 2023-cü il sentyabrda dünyasını dəyişib.
Qeyd edək ki, Nizami Səfərov Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985–1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasını bitirərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb. 2005–2007-ci illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) doktoranturasını bitirərək, hüquq elmləri doktoru elmi dərəcəsini alıb.

Nizami Səfərov deputat seçilənədək müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq kadrlarını təkmilləşdirmə institutunda prorektor, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, 18 avqust 1995-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O həmçinin müxtəlif illərdə Milli Məclis Aparatının Konstitusiya qanunvericiliyi şöbəsində müdir müavini və İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi