xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Qənirə Paşayevanın səhhəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

28-09-2023, 11:39 23 dəfə baxılıb

Qənirə Paşayevanın səhhəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan bildirilib ki, onun müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

“Aparılan kompleks müalicəyə baxmayaraq, ümumi vəziyyəti ağır olaraq qalır”, - deyə klinikadan qeyd olunub.

Xatırladaq ki, sentyabrın 24-də saat 3 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm civə sütunu, nəbzi bir dəqiqədə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm civə sütunu, nəbzi bir dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.

O, süni tənəffüs aparatına qoşulub.

***
Millət vəkili Qənirə Paşayevanın müalicəsi davam etdirilir.

Bu barədə Trend-ə millət vəkilinin yaxınları deyib.

Qeyd edilib ki, Q.Paşayevanın vəziyyəti orta stabil olaraq qalır.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bazar günü komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda orada müalicəsi davam etdirilir. Deputatın dərmandan komaya düşdüyü bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi