xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 12:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 17:16 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 
  • 16:30 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 

Bakı ilə İrəvanın araçıya ehtiyacı yoxdur... - Kiyevlə Moskvaya vasitəçi lazımdır...

20-08-2024, 16:00 0 dəfə baxılıb



Əliyevlə Putinin mətbuata bəyanatlarında diqqətçəkən əsas məqamlardan biri Azərbaycan-Ermənistan danışıqları ilə bağlı idi. Azərbaycan Prezidenti bəyanatında bu məsələyə toxunmadı, çünki rəsmi Bakı İrəvanla danışıqlarda ikitərəfli formata üstünlük verir.
Rusiya isə Bakı-İrəvan xəttindəki bütün danışıqlara – sülh sazişinin imzalanmasına, uzunmüddətli proses olan delimitasiya prosesinə, kommunikasiyanın açılmasına və digər humanitar məsələlərə qoşulmaq istəyir. Putin bəyanatında bunu dilə gətirdi.
Bunun Moskvanın regional maraqlarından qaynaqlandığı bəllidir, lakin Rusiya da daxil olmaqla istənilən üçüncü tərəfin müdaxiləsi bölgədə maraqlı olan bütün oyunçuların prosesə qoşulmasına, nəticədə sülh danışıqlarının geosiyasi mübarizəyə çevrilməsinə səbəb olur. Son 4 ilin təcrübəsi bunu təsdiq edib. Və bu, Bakının maraqlarına uyğun deyil. Əliyevin məsələyə toxunmaması və üzərindən səssiz keçməsi də bununla bağlı idi.
Mövcud vəziyyətdə Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, əksinə, bu gün Azərbaycanın özü Rusiya və Ukrayna arasında vasitəçilik edə, danışıqlar üçün platforma rolunu üzərinə götürə bilər. Bunun üçün lazım olan hər şeyə - hər iki tərəflə münasibətlərə, tərəflər arasında körpü olmaq potensialına və qlobal danışıqlara ev sahibliyi etmək təcrübəsinə malikdir.

Asif Nərimanlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi