xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Brüssel razılaşması: Paşinyan Əliyevin şərtlərini qəbul etdi

7-04-2022, 10:45 225 dəfə baxılıb

Brüssel razılaşması: Paşinyan Əliyevin şərtlərini qəbul etdi


Dörd saatdan artıq davam edən Brüssel görüşündə iki mühüm razılaşma əldə olundu:

Birincisi, sülh sazişidir: tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində razılaşıb;

İkincisi, sərhədin delimitasiya və demarkasiyadır: tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb; birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir;

Sülh sazişinə dair razılaşma deməyə əsas verir ki:

- İrəvanın Bakının təklif etdiyi 5 baza prinsipini “əlavəsiz” qəbul edib: bəyanatda “status”, yaxud “münaqişə”yə dair heç bir qeydin olmaması da bu fikri gücləndirir;

- Sülh sazişinin hazırlanması ikitərəfli formatda həyata keçiriləcək; bu, bölgədə maraqlı tərəflərin prosesdə birbaşa iştirak etməməsi deməkdir və Bakının maraqlarına uyğundur;

Bu kontekstdə “Rusiya Avropa masasındakı razılaşmaya müdaxilə edəcəkmi” sualı aktuallaşır:

Birincisi, görüşdən öncə Putin Əliyev və Paşinyanla danışmışdı və mümkündür ki, bu müzakirələrdə qarşılıqlı məlumatlandırma da olub;

İkincisi, razılaşmada Rusiyanın vasitəçiliyi ilə əldə edilən iki anlaşmaya – 10 noyabr və 26 noyabr bəyanatlarına istinad edilir; 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası qeyd olunur; sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılması da Rusiya masasındakı razılaşmaya əsaslanır;

Bu baxımdan, Moskvanın razılaşmanı sıfırlayacağı ehtimalı azdır. Mümkündür ki, növbəti görüş Rusiya masasında keçirilsin, yaxud tərəflərlə müəyyən təmaslar qurulsun və sərhəd razılaşması istəyinə uyğun olan Moskva sülh sazişinin hazırlanmasında vasitəçi kimi iştirak etmək istəyəcək.
İkinci razılaşma onu deməyə əsas verir ki:

- Sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələsini də aktuallaşdırır;

- Birgə komissiya sərhədin müəyyənləşməsi prosesinə başladığı vaxtdan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası da həyata keçirilə bilər: çünki Ermənistan qoşunları Azərbaycan ərazisində olduğu təqdirdə iki ölkənin dövlət sərhədlərinin müəyyən edilməsi və tanınması məntiqdən kənardır. Rəsmi İrəvan razılaşmanın bu bəndini özünəməxsus formada şərh etsə də, məsələnin Brüssel görüşündə müzakirə edildiyi istisna deyil. Bəyanatda “10 noyabr razılaşmasının bütün bəndlərinin tam icra edilməsinin zəruriliyi” də bunu deməyə əsas verir. Hərçənd, erməni qoşunların hansı formada - səssiz, yoxsa məcburetmə ilə - çıxarılacağını proseslərin inkişafı göstərəcək.

Yekun bəyanat görüşün ümumilikdə Bakının maraqlarına uyğun keçdiyini göstərir:

- Qarabağın adı çəkilmir, ümumiyyətlə “münaqişə” haqda heç bir qeyd yoxdur: münaqişənin həll edildiyi reallığı Avropa masasında bir daha qəbul edildi;
- ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir: bu, Minsk qrupu formatının faktiki olaraq sıradan çıxması və yerini Aİ-yə verməsi deməkdir;
- Sülh sazişinin hazırlanması prosesi İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində yox, ikitərəfli formatda həyata keçiriləcək;
- Əsas vurğu postmünaqişə dövrünə dairdir: iki ölkə arasında etimad mühitinin yaradılması, humanitar məsələlərin həlli, kommunikasiyaların bərpası və s;

İstisna deyil ki, 4 saatlıq görüşdə Paşinyan Qarabağın “statusu” məsələsini masada irəli sürüb: yekun bəyanatda bu haqda heç bir qeydin olmaması, ümumiyyətlə bu məsələyə yaxın olan Qarabağ və Minsk qrupundan bəhs edilməməsi Əliyevin Bakının “qırmızı xətti”ni qəbul etdirə bildiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi