xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:05 – Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB 
  • 12:58 – Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 

İrəvan üçtərəfli Bəyanatdan imtina edir? - Görünəni odur ki...

6-08-2024, 14:22 0 dəfə baxılıb



“Həm Rusiya, həm ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a açıqlamasında ABŞ və Rusiyanın Zəngəzur dəhlizinə fərqli baxış bucaqlarını şərh edərkən bildirib. O qeyd edib ki, Moskva və Vaşinqtonun geostrateji və geosiyasi maraqlarında kifayyət qədər ziddiyyətlər var:

“Kreml üçtərəfli noyabr sazişini əsas götürərək Zəngəzur dəhlizinə yalnız rus hərbçilərinin nəzarət etmək hüququna malik olduğunu bəyan edir. ABŞ isə qətiyyən bu dəhlizin rus hərbçilərinin nəzarəti altında olmasını istəmir. Ona görə də Vaşinqton İrəvana üçtərəfli sazişdən imtina üçün təzyiq edir. Bu da Rusiyanın öz hərbçiləri vasitəsilə dəhlizə nəzarət etmək hüququnu qüvvədən sala bilər”.

Ekspertin fikrincə, bu məsələdə əsas ziddiyyətli məqam məhz budur:

“ABŞ, Avropa İttifaqı və NATO-nun Zəngəzur dəhlizi ilə bağlı ilkin strateji hədəfi Cənubi Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxış əldə etməkdir. Zəngəzur dəhlizinin önəmli iqtisadi-ticari marşrut olduğunu nəzərə alan Qərb güc mərkəzləri bu dəhlizi öz nəzarəti altına almaq məqsədi güdür, Rusiya və Çinin bu dəhlizə çıxış imkanlarını məhdudlaşdırmaq istəyirlər.

Rusiyanın Zəngəzur dəhlizinə münasibətdə strateji hədəfinə gəlincə, Qərb tərəfindən ağır sanksiyalarla üzləşdiyi bir dövrdə Moskva bu dəhlizə Yaxın Şərqə və Şimali Afrikaya, xüsusilə dünya bazarına çıxış imkanı kimi baxır. Moskva bu dəhlizi məhz öz nəzarəti altında saxlamaq istəyir.

Bütün bunları nəzərə aldıqda, həm Qərb güc mərkəzləri, həm də Rusiya Zəngəzur dəhlizinin fəaliyyət göstərməsində maraqlıdır. Amma hər iki tərəf bu dəhlizə rəqib tərəfin nəzarətini arzu etmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi