xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 14:17 – İlham Əliyev Trampa başsağlığı verdi 
  • 13:01 – PA rəhbəri də səs verdi - Fotolar 
  • 12:54 – Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib 

Sülh üçün əsas maneələr aradan qalxmayıb - FAKT BUDUR!

29-07-2024, 10:00 0 dəfə baxılıb



Son zamanlar ABŞ-nin Cənubi Qafqaz siyasəti xüsusi diqqət çəkir. Belə ki, Vaşinqton açıq şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi olub, sülhün əldə edilməsinə səy göstərir.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfirliyi Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana səfəri ilə bağlı paylaşım edib. Səfirlik qeyd edib ki, Bono İrəvanda Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün bərqərar olması səylərini müzakirə etmək üçün Ermənistanın yüksəkrütbəli rəsmiləri ilə görüşüb: “Cənubi Qafqazın sosial-iqtisadi potensialını yüksəltməyə imkan verəcək sülh sazişinin imzalanmasının vaxtıdır”.
Ekspertlər isə Vaşinqtonun səylərinin, indiki halda heç bir nəticə verməyəcəyini düşünür. Hesab edirlər ki, sülh müqaviləsinin imzalanması üçün ilk növbədə əsas maneələr aradan qaldırılmalıdır.

Bu baradə “Sherg.az”a danışan politoloq Azər Rəşidoğlu isə qeyd edib ki, Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı görünsə də, Ermənistan daxilindəki reallıqlar bunun qarşısını alır:

“Prosesin uzanması digər geosiyasi qüvvələrin regionda müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq təxribatçı hərəkətlərinin gerçəkləşməsinə şərait yarada bilər. Bu baxımdan, Qərb təşviq və təzyiq vasitəsilə prosesi sürətləndirmək istəyir. Bakı sülh danışıqları üzrə 5 baza prinsipini təklif edib və danışıqlarda həmin prinsiplər ətrafında müzakirələr aparılır. Azərbaycan Qarabağda yaşayıb oranı könüllü tərk etmiş ermənilərlə paralel Ermənistandakı ata-baba yurdlarından zorla qovulan Qərbi azərbaycanlı soydaşlarımızın öz yurdlarına eyni statusda qayıtmasını da artıq danışıqlar masasında müzakirə gündəliyinə daxil edib. Proses uzansa və ya sürətlənsə də, Azərbaycanın məsələ ətrafında çox aydın və milli maraqlarımıza cavab verən mövqeyi formalaşıb. Bu istiqamətdə Azərbaycanın hər hansı bir güzəştli addım atacağını düşünmürəm”.

A.Rəşidoğlunun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun tərkibində məsələlərə daxil ola bilirdi:
“İndi də Minsk qrupu yoxdur və bunu Azərbaycan istəmir. Bundan əlavə, Rusiya Ukraynaya qarşı müharibə aparması səbəbindən tətbiq olunan sanksiyalarla əlaqədar təşkilatdan imtina edib. Belə olan halda ABŞ də Rusiya kimi Ermənistan-Azərbaycan danışıqları üzrə xüsusi nümayəndə təyin etməli olub. Əslində, ABŞ sülh, əməkdaşlıq və birbaşa dialoqda maraqlıdır. Amma proseslərə təsir etmək üçün əsas alətlər Rusiyanın əlindədir. İndi Türkiyə də regionda fəaldır. Avropa Birliyi müəyyən rola malikdir. İndi ABŞ dördüncü oyunçu olmaq istəyir. Amma ABŞ-nin əlində prosesə ciddi təsir edəcək imkanı yoxdur. Odur ki, sülh sazişini imzalatmaqla ABŞ proseslərə müdaxilə etmək istəyir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi