xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Lui Bono da sülhdən bir-iki ağız danışacaq və... - "Buradakı əsas məsələ..."

24-05-2024, 15:30 2 dəfə baxılıb



ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono İrəvana səfər edib. Ermənistan mətbuatında yayılan xəbərə görə, səfər çərçivəsində o, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla görüşüb. Danışıqlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bu istiqamətdə ardıcıl fəaliyyətin təmin olunmasının vacibliyi müzakirə edilib.

Politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Lui Bono Cənubi Qafqaz danışıqları üzrə müşavir vəzifəsində fəaliyyətə başlayandan bəri Azərbaycan və Ermənistana tez-tez səfərlər edir:

"Lui Bononun bu dəfəki səfərində Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının görüşünün nəticələri müzakirə ediləcək. Çünki o iclasda Ermənistan tərəfinin əsas iştirakçısı Mqer Qriqoryan iştirak olub. Biz bilirik ki, Azərbaycan ABŞ-nin moderatorluq etdiyi heç bir görüşdən boyun qaçırmayıb. Ancaq burdakı əsas məsələ ABŞ-nin moderatorluğu yox, Ermənistanın sülh məsələsində nə qədər səmimi olacağıdır. Çünki Ermənistan Azərbaycanla təmaslarında nə qədər dürüst və səmimi olsa, Azərbaycanla münasibətlərində bir o qədər irəliləyiş olacaq. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bu istiqamətdə ardıcıl fəaliyyətin təmin olunmasında formatlardan çox dövlətlərin mövqeləri və prinsipləri daha vacibdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi