xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

ABŞ ATƏT Minsk qrupu həmsədrliyindən imtina etdi

19-04-2022, 11:45 49 dəfə baxılıb

ABŞ ATƏT Minsk qrupu həmsədrliyindən imtina etdi


Bunun əvəzində isə Dövlət Departamentində Qafqaz danışıqları üzrə baş müşaviri postu yaradılıb.

ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ (ABŞ, Fransa, Rusiya) həmsədrliyi formatından imtina edib. ATƏT MQ həmsədrliyi formatından imtina edən Ağ Ev bunun əvəzində Dövlət Departamentində Qafqaz danışıqları üzrə baş müşaviri postu yaradıb və bu posta indiyədək ABŞ-ın ATƏT MQ-ki həmsədri Endryu Şoferi təyin edib.

Ağ Ev bundan sonra Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində müstəqil formada Qafqaz danışıqları üzrə baş müşaviri vasitəsi ilə birbaşa iştirak edəcək.
Bu xəbəri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunin Twitter səhifəsində Ermənistan və Azərbaycan arasında sülh danışıqları ilə bağlı yaydığı son məlumat da bu dediklərimizi təsdiqləyir.

Dövlət Departamentinin yaydığı məlumatda Ağ Ev Azərbaycan prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyi, Baş nazir Paşinyanın Azərbaycanla sülh danışıqları ilə bağlı bəyanatlarını, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son telefon danışığını alqışlayır.

Dövlət Departamentinin yadığı məlumatda həmçinin qeyd olunub ki, Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın bu prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şoferi regiona göndərir.

Qeyd edək ki, Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şofer aprelin 18-də baş nazir Nikol Paşinyan Moskvaya səfərindən bir gün öncə İrəvanda danışıqlar aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi