xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Tehran-Bakı münsaibətlərində YENİ FAZA? - Ortada kifayət qədər SUAL VAR...

17-07-2024, 16:00 3 dəfə baxılıb



Azərbaycan-İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən Tehrandakı səfirliyimiz yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. Azərbaycan Xarici İşlər Nazirliyi ümid edir ki, səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycana, o da İlham Əliyevi İrana dəvət edib. Hər iki lider dəvəti “məmnunluqla qəbul edib”. İranın yeni seçilmiş Prezidentinin etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İran azərbaycanlılarının milli hüquqları ilə bağlı problemlərin həllinə diqqət artırıb. Yeni prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli, Qərblə gərgin münasibətlərin yoluna qoyulması, ölkədə hicab azadlığına imkan yaradılması kimi problemlərin həlli də gözlənir.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a danışarkən deyib ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını əlaqələrin gələcəkdə daha da irəli aparılmasını göstərən mühüm bir fəaliyyət aktı diqqət çəkdi. Söhbət Azərbaycanın İrandakı səfirliyini bərpa etməsindən gedir. Ekspertin sözlərinə görə, bu addım Bakı ilə Tehran arasında perspektivdə problemli məsələlərin həllini sürətləndirəcəyini deməyə əsas verir:

"Lakin suallar da qalmaqdadır. Məsud Pezeşkian Azərbaycanla bağlı siyasətində İranın köklü və ənənəvi baxışını dəyişə biləcəkmi? Bu, çox problemli və mürəkkəb məsələdir. Ona görə ki, Pezeşkian ilk növbədə İranın daxili sistemində maneələrlə qarşılaşa bilər. Çünki İranın xarici siyasətini formalaşdıran əsas qurumlardan biri də Ali Milli Təhlükəsizlik Şurasıdır. Prezidentin təqdim etdiyi xarici siyasətin konturları AMTŞ-də təsdiqləndikdən sonra ali rəhbərə təqdim olunur. Şuranın süzgəcindən keçməyən və ali rəhbər tərəfindən təsdiqlənməyən layihələr reallaşmır. Bu məqam Pezeşkiana ciddi maneələr yarada bilər. Ancaq Pezeşkian qeyd edir ki, qonşu dövlətlərlə diplomatik münasibətlərin canlandırılmasını ölkə iqtisadiyyatının tənəzzülünün qarşısının alınması yönündə həlledici açar kimi görür. Digər məqam odur ki, İranın xarici siyasətində Qərb amili, Yaxın Şərqdəki ambisiyaları Cənubi Qafqazdakı normativlərə necə təsir göstərəcək? Bu da açıq qalan suallardan biridir. Çünki proseslər hələ yekunlaşmayıb. ABŞ-də seçkinin nəticələri ilə bağlı İranda həyəcanlı gözlənti mövcuddur. İsrail-HƏMAS savaşı da getdikcə qanlı şəkil almaqdadır. Başqa bir nüans ondan ibarətdir ki, İran Məsud Pezeşkianın öz vədləri fonunda yeni ambisiyalar formalaşdırmaq qabiliyyətini göstərə bilər. M.Pezeşkian İranın parçalanmasında deyil, daha güclü və vahid ölkə şəklində prioritetlərin önə çəkilməsində maraqlıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi