xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir - HƏQİQƏTƏN DƏ...

2-07-2024, 16:00 6 dəfə baxılıb



Ermənistanın baş naziri Nikol Paşinyan “Demokratiya uğrunda Ermənistan forumu”nda çıxışı zamanı ölkədə demokratiyanın keyfiyyətindən narazı olduğunu bildirib.
Baş nazir qeyd edib ki, xüsusilə, yerli özünüidarəetmə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilməyib:
"Söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən sui-istifadə olunmamalıdır. Bizim üçün demokratiya strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Paşinyanın bu açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir:

"Çünki Nikol Paşinyan 2018-ci ildə Ermənistanda söz və mətbuat azadlığı pozulduğu üçün inqilab edərək hakimiyyətə gəlib. Bu səbədən Paşinyanın söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən sui-istifadə olunmamalıdır açıqlaması özlüyündə ziddiyyət təşkil edir. Hesab edirəm ki, Paşinyan bu açıqlaması ilə Ermənistanda hakimiyyətinə müxalif olan qüvvələri hədəf alıb. Həmin müxalif qüvvə Qarabağ savaşından sonra Azərbaycana qarşı revanşist siyasət yürüdən qüvvələrdir. Qeyd edək ki, Ermənistan baş naziri həm də konstitusiya dəyişikliyi ilə bağlı mövqe ortaya qoyub. Hesab edirəm ki, parlamentli respublikadan, prezidentli respublikaya keçmək istəyir. Çünki bu Ermənistanda Paşinyan hökumətinin ömrünü uzada bilər".

Ekspert əlavə edib ki, Paşinyan hökumətinin demokratik dəyərlərə sadiq hakimiyyətlə heç bir əlaqəsi yoxdur:
"Çünki belə olsaydı onlar İkinci Qarabağ müharibəsinə səbəb olacaq addımlar atmazdı".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi