xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – Prezident qəbul keçirdi - FOTOLAR 
  • 11:29 – İlham Əliyev Stiv Deynsi qəbul etdi 
  • 11:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 11:01 – İlham Əliyevdən Trampa məktub 

Paşinyanın getdiyi yol gedir... - BELƏDƏ QƏLƏBƏ OLMUR...

27-05-2024, 15:30 3 dəfə baxılıb



Baqrat Qalstyanın rəhbərlik etdiyi hərəkatın gözlənilən mitinqinə cəmi 23 min iştirakçı toplanıb. Bu, hakimiyyəti devirmək üçün yetərli olmayacaq. Müxalifətin prosesin “qartopu effektiv” yaradacağına dair ümidlərinin perspektivi də zəifdir.
- Hərəkata kilsə rəhbərlik etsə də, erməni ictimaiyyəti bunu 2018-ci ildə devirdiyi komanda olaraq görür;
- Hakimiyyətin inzibati resurslardan istifadə etmək limiti böyükdür;
Hərəkatın baş nazirliyə namizədi din xadimliyini müvəqqəti donduran Baqrat Qalstyan olub. Görünür, kilsə mövcud müxalifət arasından prosesə rəhbərlik edəcək və ictimai rəydə dəstək qazana biləcək namizəd çıxara bilməyib. Burada fikir ayrılığının olduğu erməni müxalifətinin öz arasından çıxacaq siyasi fiqur ətrafında birləşməməsinin, eləcə də siyasətə aktiv müdaxilə edən kilsənin siyasi qüvvələrə tam etirbar etməməsinin də rolu var.
Namizədin bəlli olması hərəkatın davamlılığını müəyyən qədər təmin edəcək. Lakin Baqratın baş nazir postuna mümkün gəlişi qanuni olaraq mümkün deyil. Ermənistan konstitusiyasına görə, baş nazir yalnız son 4 ildə ölkədə yaşamış vətəndaşlar ola bilər. Baqrat 4 illik tələbə uyğun gəçir, həm də həm ikili vətəndaşlığı var (Kanada vətəndaşlığı). Bu tələblərə rəğmən kilsənin Baqratı namizəd kimi irəli sürməsindəki məqsəd Qərbdə erməni diasporunun dəstəyinin əldə edilməsi görünür. O da aydın görünür ki, xaricdə bu hərəkat üzərindən siyasət yürüdən qüvvələr Baqratı müxalifətin birləşdirici fiquru olaraq qəbul edir.
Qalstyan Paşinyanın 2018-ci il taktikasından istifadə etməyə çalışır, Nikolla görüşmək tələbi də bundan qaynaqlanır. Paşinyanın bu tələblə razılaşması müxalifətin gücünü qəbul etməsi olardı. Özü 2018-ci ildə Sarkisyanı görüş məcbur edərək, devirmişdi. Buna görə eyni taktikanın özünə qarşı istifadəsinə imkan verməyəcəyi bəllidir.

Asif Nərimanlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi