xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Parlamentin tarixi iclası başladı - Video

2-12-2019, 13:51 62 dəfə baxılıb

Parlamentin tarixi iclası başladı - Video


Milli Məclisin parlamentin buraxılması ilə bağlı iclası öz işinə başlayıb.

İclasda millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edirlər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasında deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüs vermək tövsiyə olunub.

***

S. Novruzov YAP Siyasi Şurasının və YAP-çı deputatların prezidentə parlamentin buraxılması ilə bağlı müraciətini oxuyub.

***

Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin buraxılması ilə bağlı müraciətin hüquqi tərəflərini izah edib və bunu YAP-ın siyasi mədəniyyəti kimi qiymətləndirib.

***

Oqtay Əsədov bildirib ki, qərar layihəsi hazırlamaq üçün Redaksiya Heyəti yaradılmalıdır. O, deputatlardan Redaksiya Heyətinə Bahar Muradova, Əli Hüseynli, Sahibə Qafarova, Fəzail İbrahimli və Səməd Seyidovun daxil edildiyini bildirib.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, YAP parlamentin buraxılması ilə doğru addım atıb və nüfuzunun güclü olan vaxtında belə bir təşəbbüslə çıxış edib : “Biz sağlam müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik. Çünki seçki müxalifət üçün də bir şansdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi