xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Əflatun Amaşov Əli Həsənovun gedişindən DANIŞDI

30-11-2019, 15:24 65 dəfə baxılıb

Əflatun Amaşov Əli Həsənovun gedişindən DANIŞDI


“Ölkə Prezidentinin qəbul etdiyi qərar müzakirə olunmazdır, mütləqdir. Ən doğruları bilən, hər kəsin əməyini ən doğru şəkildə qiymətləndirən odur”.

Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən azad edilən Əli Həsənovla bağlı açıqlamasında bildirib.

“İnsan fərqi yoxdur, harada olur-olsun, hansı sahədə çalışır-çalışsın, əsas olan onun dövlətinə, öz rəhbərinə, əqidəsinə, tutduğu yola sadiqliyidir. Cənab Əli Həsənov da məhz bu keyfiyyətlərin daşıyıcısıdır. İllər ərzində tutduğu vəzifəyə hörmət gətirib, dövlətçilik ruhu verib. Bu cür adamların yetişməsi asan proses deyil.

Tam əminəm ki, Əli müəllim gələcəkdə də tutduğu yola daim sədaqətli olacaqdır. Yol isə dəyişməzdir – Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab Prezident İlham Əliyevin uğurla icra etdiyi nəsillərə layiqli miras kimi qalacaq şərəfli, böyük yol.

Əli müəllimə uğurlar, möhkəm cansağlığı arzulayıram. Uca Tanrı yar və yardımçısı olsun”,- Ə.Amaşov qeyd edib. (Modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi