xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?

3-05-2024, 10:46 1 dəfə baxılıb

Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?


Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, zaman-zaman bu məsələ ilə bağlı yerli mediada müxtəlif iddialar səsləndirilsə də, ilk dəfə rəsmi şəkildə seçkilərlə bağlı mövqe sərgiləndi.

“Vaxtımız çox azdır və işimiz çoxdur” deyən MSK sədri dəqiq tarixlə bağlı məlumat verməsə də, mediada seçkilərin gah iyul, gah avqust, gah da sentyabr ayında keçiriləcəyi ilə bağlı məlumatlar yer alır.

Son prezident seçkisində namizəd olan, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev öz təxminlərini “Yeni Müsavat”la bölüşüb: “Proqnoz vermək çətindir. Amma növbədənkənar seçkilər keçiriləcəksə, buna 60 gün vaxt lazımdır. Belə olduğu təqdirdə əgər may ayında qərar veriləcəksə, iyul ayında seçkilər baş tutmalıdır. Çünki bizim qanunvericiliyə görə, noyabr ayının 3-də ölkədə parlament seçkiləri keçirilməlidir. Konstitusiyanın maddələri bunu deyir. Bundan gec seçkilər olmamalıdır”.

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov isə bildirib ki, digər bir yol referendum keçirməklə konstitusiyaya seçki günləri ilə bağlı müəyyən dəyişikliklər etməkdir: “Əslində elə gözləntilər də bu istiqamətdə idi. Biz konstitusiya islahatlarının həyata keçirilməsini və bir sıra məsələlərlə yanaşı çoxmandatlı seçki sisteminin bərpa olunmasını, Milli Məclis üzvlərinin sayının artırılmasını və bundan sonra seçkilərin keçirilməsini məqbul hesab edirik. Eləcə də bələdiyyələrin statusunun artırılması, icra orqanlarının bir sıra səlahiyyətlərinin bələdiyyələrə verilməsi kimi məsələlərin öz həllini tapmasından sonra bələdiyyə seçkilərinin keçirilməsı daha uyğun olardı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi