xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu göndərib

22-02-2024, 11:28 3 dəfə baxılıb

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu göndərib


Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

22 fevral – Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında İslam həmrəyliyi, qardaşlıq, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm veririk. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.

Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə Səudiyyə Ərəbistanının ilk gündən göstərdiyi dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dərinləşdirilməsi, həm ikitərəfli əsasda, həm beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətimizin bundan sonra da uğurla davam etdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi