xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Fikrət Məmmədov: "Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb"

22-11-2019, 12:28 45 dəfə baxılıb

Fikrət Məmmədov: "Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb"

Bu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilib".
Bunu Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.

Nazir qeyd edib ki, "İcra haqqında qanunvericiliyin tələblərini pozan 3700-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2000 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb".

Onun sözlərinə görə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, 10 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən belə məhdudiyyət götürülüb:

Fikrət Məmmədov daha sonra bildirib ki, "Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 9 ayı ərzində 430 cinayət işinin istintaqı tamamlanıb və həmin işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın yarıdan çoxu ödətdirilib".
Məhkəmə ekspertizası mərkəzi tərəfindən cari ildə 41 ekspert ixtisası üzrə 24000-dək iş icra olunub və ekspertlər 675 mindən çox suala cavab verməklə qaldırılan məsələlərin 99.5 faiz həllinə nail olub".

O qeyd edib ki, nazirlik tərəfindən cari ilin 9 ayında ictimai həyatın müxtəlif sahələri üzrə 1266 normativ hüquqi akt layihəsi hazırlanıb, bundan 2 dəfədən çox layihə isə ekspertizadan keçirilib, Hüquqi Aktların Dövlət Reyestrinə 2200-dən artıq normativ akt daxil edilib: "Həmçinin, əhalinin təmənnasız istifadəsinə verilən milli qanunvericiliyin e-qanun.az və müvafiq reyestrin huquqiaktlar.gov.az internet saytlarına daxil olmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 1,34 milyonu ötüb".

"Eyni zamanda, iqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat orqanlarının fəaliyyətinin və infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılıb və tərkibi formalaşdırılaraq fəaliyyətə başlanıb", - nazir əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi