xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Molla rejimi İrəvana silah təklif edib: Azərbaycana qarşı döyüşmək üçün - Düşmənin BUYNUZU OLMUR Kİ...

9-01-2024, 15:30 9 dəfə baxılıb



“İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir”.

“Cebhe.info” xəbər verir ki, bunu İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Qüdrətulla Şafeyi Ermənistan mətbuatına deyib.

O bildirib ki, bunun üçün ilk növbədə Ermənistanın özünün istəyi lazımdır.

“Mühakimə edə bildiyimiz qədər, Ermənistanın özü İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil”, - deyə Şafeyi əlavə edib.

Onun fikrincə, bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır.

Eyni zamanda, ekspert Ermənistana qarşı müharibə olacağı təqdirdə İranın İrəvana kömək üçün öz qoşunlarını göndərəcəyinə inanmadığını deyib:

“İran əsgərləri heç vaxt başqa ölkədə, o cümlədən husilərin vuruşduğu Yəməndə, Livanda və ya Suriyada döyüşməyib. Bütün bu hallarda söhbət İrandan alınan hərbi texnika və kəşfiyyat dəstəyindən gedir, lakin İran silahlı qüvvələrinin özü döyüşmür. Ona görə də Bakıdan (İran hakimiyyəti və hakimiyyətə yaxınlığı ilə seçilən qüvvələr Azərbaycan Respublikası barədə danışarkən əsasən “Bakı” ifadəsi işlədirlər-red.) Ermənistana qarşı yeni hərbi təxribat olarsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”, - deyə o vurğulayıb.

Eyni zamanda ekspert İranın İrəvana dolayısı ilə kömək edəcəyini də istisna etməyib.

“Ola bilsin ki, İranın hərbi texnikasından istifadə olunsun. Amma Ermənistanın özü öz maraqlarını qorumalıdır”, - deyə Şafeyi fikrini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi