xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 

Ya Qarabağ erməniləri kütləvi köçəcək, ya da… - Tevanyan

1-08-2023, 11:15 16 dəfə baxılıb

Ya Qarabağ erməniləri kütləvi köçəcək, ya da… - Tevanyan


“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınması, faktiki olaraq 9 noyabr sənədində olan bəndi aradan qaldırır, söhbət Laçın dəhlizindən gedir. Əgər Qarabağ Azərbaycana məxsusdursa, Laçın dəhlizi də Azərbaycanındır”.

Bunu “Ermənistan və artsaxda təhlükəsizlik problemləri və onların həlli yolları” mövzusunda keçirilən müzakirədə “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu qərara etiraz etməyəcək.

“Qərb üçün Rusiyanı bu regiondan çıxarmaq çox vacibdir və ilk addım rus sülhməramlılarının çıxarılması olacaq. Daha sonra Rusiya hərbi bazası çıxarılması problemi yaranacaq və onun ardınca isə Ermənistanın dövlətçilik problemi yaranacaq. Çünki o zaman bizim təhlükəsizlik sahəsində imkanlarımız olmayacaq”, - Tevanyan qeyd edib.

O əlavə edib ki, bu gün Qarabağ danışıqlar mövzusu kimi mövcud deyil, Ermənistan hakimiyyəti bu məsələni bağlayıb.

“Bu gün Ermənistan məsələsi müzakirə olunur. Danışıqlar prosesi sırf Ermənistanla bağlıdır və bu halda Ermənistan masa arxasında deyil, masaya qoyulur. Dövlət başçısı səviyyəsində Ermənistan-Qarabağ qarşıdurması inkişaf edir. Bu, məqsədli şəkildə edilir”, - siyasətçi qeyd edib.

Tevanyan daha sonra qeyd edib ki, Qarabağ aşağıdakı ssenari ilə üz-üzə qalacaq. “Ya Qarabağ erməniləri kütləvi miqrasiyası baş verəcək, ya da bu vəziyyətdə qalacaq”, - o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi