xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

“Qarşıdurma olsa, Azərbaycan Şuşadan Xankəndiyə qoşun yeridəcək...”

15-05-2023, 12:38 22 dəfə baxılıb

“Qarşıdurma olsa, Azərbaycan Şuşadan Xankəndiyə qoşun yeridəcək...”


“Mayın 15-də Samvel Babayan Stepanakertdə kütləvi etiraz aksiyası keçirəcək və bunun hansı nəticələrə gətirib çıxaracağını anlayıb dəhşətə gəlirəm".

Moderator.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni jurnalist Nairi Xoxikyan yazıb.

“Heç kimə sirr deyil ki, Samvel Babayan Nikol Paşinyanın qrupu ilə çox fəal əməkdaşlıq edir və indi Paşinyanın bütün təbliğat maşını Babayanın Artsaxda hakimiyyətə gətirilməsi üçün çalışır.

Samvel Babayan özü deyirdi ki, azərbaycanlı iş adamlarının Qarabağa daxil olmasının əleyhinə deyiləm, Qarabağdakı hakimiyyət azərbaycanlılarla əməkdaşlıq etməlidir. Eyni zamanda rus sülhməramlılarından narazılığını bildirir, hətta deyir ki, onlar heç nə edə bilmirlərsə, çıxıb getsinlər”,- deyə erməni jurnalist əlavə edir.

Samvel Babayanın Xankəndində mitinq keçirməsindən çox narahat olan N. Xoxikyan həmin mitinqdən sonra nələr baş verə biləcəyi haqda versiyalarını sadalayır. Həmin versiyalardan birində o, iddia edir ki, belə mitinq olacağı və hayklar arasında qarşıdurma baş verəcəyi halda Azərbaycan Şuşadan Xankəndinə ordu yeridəcək.

"Mayın 15-də Stepanakertdə minlərlə insan Artsax hökumətinə qarşı mitinq keçirir. Polislə mütəşəkkil toqquşmaların olması çox mümkündür. Azərbaycan da məhz bunu istəyir. Dərhal Şuşadan öz vətəndaşlarını separatçı hakimiyyətdən qorumaq üçün polis geyimində olan 2000 silahlı şəxs Stepanakertə göndəriləcək. Qalanını təsəvvür edə bilərsiniz”-deyə erməni jurnalist həyəcanla yazır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi