xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Bayden demokratiyanı “dəfn” edir: Fransa və Ermənistan “məzarlıq” üçün seçilib

29-03-2023, 10:00 20 dəfə baxılıb

Bayden demokratiyanı “dəfn” edir: Fransa və Ermənistan “məzarlıq” üçün seçilib


ABŞ-ın “demokratiya sammiti” dünyada insan haqları və azadlıqları üçün təhdiddir, prezident Co Bayden bu qondarma platformanı icad etməklə, demokratiyanın inkişafını bloklayır... Azərbaycan ərazilərini 30 il işğal altına saxlayan, şəhərləri, kəndləri dağıdan, Xocalı soyqırımını törədən Ermənistanın və Afrika ölkələrini müstəmləkəyə çevirib, milli sərvətlərini talayan, hərbi cinayətləri dünya tarixinə düşən, ölkədə aksiyaçılara qəddarlıq edən Fransanın dəvət olunması bəşəri dəyərlərin iflasıdır...
ABŞ növbəti dəfə “demokratiya sammiti” keçirtmək niyyətindədir. Ağ Ev dünya ölkələrini iki düşərgəyə bölüb. Birinci düşərgəyə daxil etdiklərini “demokratik ölkə” adı altında “sammitə” dəvət edib. Digərlərini isə yumşaq desək, antdemokratik ölkə hesab edərək, kənarda saxlayıb. Və ABŞ-ın dünyanı “demokratik” və ya “antidemokratik” düşərgələrə bölməsinin obyektiv yanaşmaya dayandığına yəqin ki, heç Ağ Evdə də inanmazlar.

Məsələ ondadır ki, “antidemokratik düşərgə”də əsasən ABŞ-la düşmən hesab olunan, Ağ Evin maraqlarına əhəmiyyət verməyən ölkələr yer alır. Ağ Ev bu yanaşma ilə əslində, ABŞ-ın “dostlar”nı və “düşmənlər”ini çeşidləməyə çalışıb. ABŞ bundan sonrakı mərhələdə “demokratiya sammiti”nə dəvət etdiyi ölkələri ən azından öz ətrafında saxlamağa çalışacaq. Və yəqin ki, daha sonrakı mərhələdə həmin ölkələrdən ABŞ-ın beynəlxalq rəqiblərinə - “antidemokratik” düşərgəyə qarşı mübarizədə istifadə edəcək.

Ağ Evin “demokratiya sammiti”nə dəvət etdiyi dövlətlərin bu kriteriyalara qətiyyən uyğun gəlmədiyinə yalnız elə iki dövlətin – Fransa və Ermənistan “bacılar”ının timsalında əmin olmaq mümkündür. Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, Azərbaycanın əhalisini yurd-yuvasından didərgin salıb, şəhərlərini, kəndlərini dağıdıb, Xoçalı soyqırımını törədib. Və nə qədər qəribə də olsa, onilliklər boyu çoxsaylı hərbi, bəşəri cinayətlər törətmiş Ermənistan indi ABŞ tərəfindən “demokratik ölkə” sayılır.

Bayden demokratiyanı “dəfn” edir: Fransa və Ermənistan “məzarlıq” üçün seçilib


Fransa da Ermənistandan geri qalmır. Əksinə, Fransanın tarixi bəşəri cinayətlərlə yüklənmiş “qara ləkələr”lə zəngindir. Fransanın Afrika ölkələrində törətdiyi dəhşətli soyqırımlar son vaxtlar rəsmi Parisin diqqətinə çatdırılır. Üstəlik, Fransa elə indi də Afrika qitəsində müstəmləkəçilik siyasətini davam etdirir. Burkino Faso və Malidə baş verən hadisələri, bu dövlətlərin hökumətlərinin rəsmi Parisdən Fransanın işğalçı qoşunlarını ölkə ərazisindən çıxarılmasını tələb etməsi buna misaldır.

Əslində, rəsmi Parisin müstəmləkəçilik siyasəti Fransanın dövlət büdcəsinin doldurulmasında xüsusi rol oynayır. Yəni, Fransa müstəmləkə altında saxladığı Afrika ölkələrinin təbii sərvətlərini və milli gəlirlərini zorakılıq yolu ilə talayır. Bu talançılıq sayəsində də Fransa əhalisinin rifahı yüksək səviyyədə tutulur. Və əgər, müstəmləkə ölkələrinə nəzarət itirilərsə, Fransa olduqca ciddi sosial-iqtisadi böhrana düçar olar. Və Ağ Ev belə bir hərbi, bəşəri cinayətlərə müəlliflik edən Fransanı “demokratiya sammiti”nə dəvət edib.

Halbuki, əgər, demokratik inkişaf kriteriyalarına diqqət etmiş olsaydı, ABŞ Fransanı diktatura ölkəsi kimi xarakteriz etməyə məcbur qalardı. Hətta Ağ Ev rəsmi Parisin tarixən və müasir dövrdə Afrikada törətdiyi hərbi və bəşəri cinayətləri görməkdə çətinlik çəkmiş olsaydı belə, Fransada son vaxtlar baş verən hadisələr bu ölkənin mahiyyətini dəqiqləşdirməyə imkan verə bilərdi. Çünki rəsmi Paris hazırda Fransa şəhərlərində küçələrə çıxan milyonlarla insanın demokratik azadlıqlarını pozur.

Bayden demokratiyanı “dəfn” edir: Fransa və Ermənistan “məzarlıq” üçün seçilib


Məsələ ondadır ki, Fransa polisi etiraz aksiyasının iştirakçılarına qarşı qəddarlıq edir. Hətta Avropa Birliyinin bəzi strukturları Fransanı aksiyaçılara qarşı ifrat zorakılıqda suçlamaq məcburiyyətində qalıb. Və indi Fransa ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”ndə dünyada insan haqlarının təmin edilməsi ilə bağlı öz “parlaq təcrübə”sini paylaşacaq.

Onu da qeyd edək ki, rəsmi Paris Azərbaycana qarşı da düşmən ölkə prinsipləri ilə hərəkət edir. Belə ki, Fransa son 30 ildə Minsk Qrupunun həmsədri kimi Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qalması üçün bütün vasitələrə əl atıb. Rəsmi Paris BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı 4 qətnaməsinin icra edilməsinə məqsədyönlü şəkildə əngəl törədib. Beynəlxalq hüquq normalarının yerinə yetirilməsinə imkan verməyərək, Ermənistanı dəstəkləyib.

Azərbaycan ordusunun 44 günlük savaşda qələbəsindən sonra da Fransa bu mövqeyinə həmişə sadiq qalıb. Rəsmi Paris beynəlxalq ədaləti deyil, Ermənistanı açıq şəkildə dəstəklədiyi, Azərbaycana qarşı isə düşmənçilik etdiyi üçün Prezident İlham Əliyev Fransanın Cənubi Qafqazdakı sülh prosesində iştirakını bloklayıb. Eyni zamanda, rəsmi Bakı hazırda haqlı olaraq, Fransanı Afrika ölkələrində törətdiyi dəhşətli soyqırımlara görə ittiham edir. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Parisi Fransada aksiyaçılara qarşı qəddarlığa və zorakılığa görə qınayıb.

Bayden demokratiyanı “dəfn” edir: Fransa və Ermənistan “məzarlıq” üçün seçilib


Göründüyü kimi, Fransanın demokratiyadan və insan haqlarından danışmağa ümumiyyətlə, haqqı yoxdur. Rəsmi Paris hazırda başqa ölkələri ittiham etməzdən əvvəl Fransada insanların hüquq və azadlıqlarını təmin etmək barədə düşünməlidir. Və Ağ Evin reallığa əsaslanmayan dəvətinə baxmayaraq, Fransa kimi qəddar ölkənin “demokratiya sammiti”nə qatılması ABŞ-ın bu yeni platformasının arxasında gizlənən əsas niyyətləri təxmin etməyə imkan verir.

Üstəlik, Fransa dünyada təsir gücünü itirdikcə, daha da aqressiv xarici və daxili siyasət yürütmək məcburiyyətində qalmaqdadır. Xüsusilə də, Afrikadakı müstəmləkələrin nəzarətdən çıxması Fransada dərin siyasi və sosial-iqtisadi böhran törədə bilər. Çünki bu halda, rəsmi Paris Afrika ölkələrinin sərvətlərini talaya bilməyəcək, Fransa büdcəsi də buna paralel olaraq, boşalmağa başlayacaq. Nəticədə, Fransa əhalisinin rifah səviyyəsi aşağı düşdükcə, etiraz dalğası da güclənəcək. Və rəsmi Parisin ölkədaxili narazılığı yatırmaq üçün daha çox qəddarlıq, zorakılıq törətməsi müşahidə olunacaq.

Bütün bunlar onu göstərir ki, ABŞ-ın “demokratiya sammiti” əslində, dünyada insan haqları və azadlıqları üçün təhdiddir. Prezident Co Bayden bu qondarma platformanı icad etməklə, demokratiyanın inkişafından daha çox onun birdəfəlik “dəfn” olunasına yol açır. Ağ Ev sahibi “demokratiyanın məzarları”nın qazılması üçün isə Fransa və Ermənistan ərazilərini seçib.(musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi