xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Qarabağ ermənilərini NİYƏ BU QƏDƏR QUDURDURUQ? - BELƏ HARA GEDİRİK?

14-03-2023, 15:00 24 dəfə baxılıb

Qarabağ ermənilərini NİYƏ BU QƏDƏR QUDURDURUQ? - BELƏ HARA GEDİRİK?


32-ci ildir Azərbaycan Respublikası ərazisinin bir hissəsində Kremlin himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejim rəhbərliyi Prezident Administrasiyasının Azərbaycan və Qarabağdakı erməni nümayəndələri arasında görüşün Bakıda keçirilməsi təklifinə cavab verib.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın "Past" nəşri məlumat yayıb.

Məlumata görə, separatçılar sözügedən görüşün martın 1-də olduğu kimi, yenə də Xocalıda Rusiya "sülhməramlı"larının vasitəçiliyi ilə keçirilməsində israr edir.

“Azərbaycan Respublikası Prezident Administrasiyasının Azərbaycan və Qarabağ nümayəndələri arasında görüşün(Bakıda-S.L.) keçirilməsi təklifinə cavab olaraq bildiririk ki, Artsax respublikası(dırnaqaarası-S.L.) belə görüşlərin keçirilməsinin mümkünlüyü ilə bağlı əvvəllər ifadə olunmuş mövqeyə sadiqdir. Görüşün Rusiya sülhməramlılarının vasitəçiliyi 1 martda keçirildiyi i eyni yerdə("İvanyan" dedikləri Xocalıda-S.L.) və yalnız humanitar, infrastruktur, texniki məsələlərlə bağlı, siyasiləşdirmədən keçirilməsinin tərəfdarıyıq.

"Azərbaycan-Qarabağ münaqişəsinin həllinin siyasi məsələlərinə gəlincə, xatırladaq ki, Artsax beynəlxalq səviyyədə tanınmış və təsdiq edilmiş formatda beynəlxalq təşkilatların iştirakı ilə keçirilməli olan münaqişənin hərtərəfli həllinə yönəlmiş, tərəflərin bərabərliyinə və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə təminat verən danışıqlara sadiqdir”- xəbərdə belə deyilir.

P.S. Xatırladaq ki, martın 1-də Xocalıda keçirilmiş görüşdə separatçı rejimin qondarma " təhlükəsizlik şurası"nın katibi Samvel Şahramanyan və "Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlıq mərkəzi"nin direktoru, general Sergey Martirosyan ermənilər tərəfdən "Azərbaycanla danışıqlar aparan şəxslər" təyin edilib. Hər iki şəxs Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edib...

P.P.S. Rusiyanın hayklarla danışıqlar üçün məhz Azərbaycan xalqının ən yaralı yeri olan, 31 il öncə elə bu ölkənin 366-cı layının iştirakıyla soyqırımı təşkil etdikləri və faktiki işğal altındakı Xocalı şəhərini seçməsi təsadüf idimi? Bu, bir növ Azərbaycanın aşağılanması deyildimi?..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi