xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

"Putin "Dvin" otelində Paşinyan və Arayikə deyib ki, Vardanyanı..." - “Hraparak”

19-01-2023, 15:00 32 dəfə baxılıb

"Putin "Dvin" otelində Paşinyan və Arayikə deyib ki, Vardanyanı..." - “Hraparak”


Ruben Vardanyan və Arayik Arutyunyan arasında münasibətlər zahirən sülh yolu ilə nizamlanma mərhələsinə qədəm qoysa da, Qarabağdakı mənbələr bunun ilk baxışdan belə olduğunu deyir. Ermənistan hakimiyyəti R.Vardanyanın vəzifədən azad edilməsi ilə bağlı Arayik Arutyunyana təzyiqləri davam etdirir və onun nə vaxtsa geri çəkiləcəyini istisna etmirlər.

Moderator.az xəbər verir ki, bunu səhər saatlarında Ermənistanın "Hraparak" nəşri yazıb.

"Əvvəl də yazdığımız kimi, Azərbaycanın Laçın yolunun açılması ilə bağlı tələblərində dövlət nazirinin istefası da nəzərdə tutulur. Artsax hakimiyyəti sərhəd-keçid məntəqəsində rentgen skanerlərinin quraşdırılması, Azərbaycan sərhədçilərinin olması, eləcə də Artsax müdafiə qüvvələrinin tam tərksilah edilməsi və mədən işlərinin dayandırılması kimi tələbləri yerinə yetirməkdən imtina etsə də, Azərbaycan Vardanyanın aradan qaldırılmasına daha çox əhəmiyyət verir. Orada əmindirlər ki, iş adamını Artsaxa Kreml göndərib və Rusiya hakimiyyəti Köçəryan-Serj Sarkisyan cütlüyü ilə birləşərək onun vasitəsilə Cənubi Qafqazda mövcudluğunu təmin etməyə çalışır...

Xatırladaq ki, mötəbər mənbələrin məlumatına görə, İrəvana son səfəri zamanı Putin “Dvin” kompleksində keçirilən görüşdə Paşinyan və Arayik Arutyunyana açıq mətnlə Ruben Vardanyanı Qarabağa onu göndərmədiyini, odur ki, istədikləri zaman onu tutduğu vəzifədən azad edə biləcəklərini deyib" -deyə davamında erməni qəzeti bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi