xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İslahatların yeni mərhələsi başlayır - ŞƏRH

25-05-2022, 11:43 42 dəfə baxılıb

İslahatların yeni mərhələsi başlayır - ŞƏRH


Artıq “Rəqabət Məcəlləsi” layihəsi hazırdır. Uzun müddət müzakirə edilən layihə Nazirlər Kabinetinə təqdim olunub. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, sənəd rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir.

"Bunu iqtisadçı deputat Vüqar Bayramov “Rəqabət Məcəlləsi” layihəsindən danışarkən deyib. O bildirib ki, layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb:

"Layihə Milli Məclisə təqdim olunduqdan sonra sənəd ilə bağlı daha ətraflı müzakirə aparıb və fikir bildirmək mümkün olacaq. Bununla yanaşı, “Rəqabət Məcəlləsi” layihəsinin hazırlanması islahatlarda yeni mərhələ kimi xarakterizə olunmalıdır. Aydındır ki, iqtisadiyyatda rəqabətin tam formalaşması, haqsız rəqabətin aradan qaldırılması prioritetdir".

"Liberal iqtisadiyyatın formalaşması tam rəqabət mühiti tələb edir. Məcəllə haqsız rəqabətə, istehlak bazarına yersiz müdaxilələrə qarşı fəaliyyətlərin sistemləşməsinə və ünvanlılığın dəqiqləşməsinə imkan verəcək. Bu həmçinin islahatların daha da dərinləşməsi üçün yeni bir imkan deməkdir", deyə millət vəkili əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi