xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Bu gün Rafael Cəbraylovun mandatına xitam veriləcək

2-10-2019, 11:36 57 dəfə baxılıb

Bu gün Rafael Cəbraylovun mandatına xitam veriləcək

Mərkəzi Seçki Komissiyasına (MSK) bu gün deputat Rafael Cəbrayılov mandat səlahiyyətlərinə xitam verməsi barədə qərar verəcək.
Deputatın mandatına xitam verilməsi ilə bağlı MSK-nin bu gün xüsusi iclası keçiriləcək.

Qeyd edək ki, sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etdiyini bildirib. Prosedur qaydaya uyğun olaraq Milli Məclis də öz növbəsində MSK-ya müraciət edərək, deputatın mandatına xitam verilməsi barədə müvafiq qərar çıxaracaq.
Xatırladaq ki, deputat R. Cəbrayılovun borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə böyük məbləğdə ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi