xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Bakı Brüsseldə bu məsələni masaya qoya bilər

6-04-2022, 10:37 48 dəfə baxılıb

Bakı Brüsseldə bu məsələni masaya qoya bilər


Brüssel görüşündən bir gün öncə Zəngəzur yolunun İran ərazisindən keçəcək hissəsi ilə bağlı memorandumu təsdiqləyən Əliyev istisna deyil ki, Avropa masasında “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” prinsipini yenidən gündəmə gətirəcək.

Dekabrda keçirilən Brüssel görüşündə qapalı müzakirələrdən öncə Əliyev bəyan etdi ki, Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir: Ermənistan Zəngəzurda gömrük postu quracaqsa, Azərbaycan da Laçında eyni addımı atacaq.

Görüşün yekununda Zəngəzur dəhlizinin Ermənistanın istəyinə uyğun olaraq “yol məntiqi” ilə açılması üzərində razılaşma əldə olundu. Razılaşma praktiki mərhələyə keçmədiyi üçün Laçın dəhlizi məsələsi açıq qalır, lakin gündəmdən çıxmayıb. O cümlədən, Zəngəzur dəhlizi də gündəmdədir, kommunikasiyanın açılması razılaşması çərçivəsində reallaşacağı gözlənilir, lakin İrəvanın istədiyi “yol məntiqi” ilə.

Hərçənd, Laçına gömrük postu qurulacağı təqdirdə, İrəvanın iqtisadi baxımdan daha əhəmiyyətli olan Zəngəzur yolunu bağlaması daşımalarda problemlərə yol aça və Bakının işini çətinləşdirə bilərdi.

Azərbaycanın İranla anlaşması bu kontekstdə əhəmiyyətlidir:

- Bakı Laçın dəhlizində gömrük postunun qurulmasını gündəmə gətirdikdə, Ermənistan Zəngəzur dəhlizinin onun ərazisindən keçən hissəsindən buna qarşı rıçaq kimi istifadə edə bilməyəcək;

- Zəngəzur dəhlizi “yol məntiqi” ilə işləyəcəyi təqdirdə, Laçın dəhlizi də eyni rejimlə işləyəcək;

- Rusiya buna qarşı çıxarsa, Ermənistanı “dəhliz məntiqi”nə məcbur etməlidir: Əliyevin dediyi kimi, “biz hər iki varianta açığıq”;

Mümkündür ki, Brüssel görüşündə ilk görüşdəki anlaşmanın praktiki icrası da müzakirə olunacaq. Və İran ərazisindən alternativ əldə edən Bakının dəhlizlər məsələsinin müzakirəsində əli daha güclü olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi