xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Paşinyan Azərbaycan və Türkiyə ilə yolların açılmasının əhəmiyyətindən danışdı

25-01-2022, 11:39 39 dəfə baxılıb

Paşinyan Azərbaycan və Türkiyə ilə yolların açılmasının əhəmiyyətindən danışdı


“Biz Ermənistan-Türkiyə sərhədinin açılmasından danışanda ancaq Ermənistan və Türkiyəni düşünürük, ancaq Ermənistandan, Türkiyədən, Azərbaycandan keçəcək tranzit, bunun hansı iqtisadi nəticələr verəcəyini, nə qədər iş yerinin açılacağını düşünməliyik”.

“Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ola bilsin ki, hansısa seqmentdə bu gün mövcud olan məhsullar rəqabət qabiliyyətini itirəcək: "Amma dəmir yolu və yollar açılsa, hansı yeni seqmentlər yaranacaq? Bu gün Ermənistanda mis əritmə zavodunun tikintisi əsas vəzifə olaraq qalır. Bunun üçünsə kommunikasiyalar, zavodlar böyük əhəmiyyət kəsb edir və bu baxımdan sərhədin və dəmir yolunun açılması Ermənistanın investisiya cəlbediciliyini artıracaq. Naxçıvan-Azərbaycan timsalında dediyim kimi, istərdim ki, Türkiyə ilə sərhədlərin açılması məsələsi də bu kontekstdə nəzərdən keçirilsin”.

Azərbaycan və Türkiyə yollarına açılmasından danışan Paşinyan bunları deyib: “Biz Avropa ilə dəmir yolu əlaqəsi əldə edirik və kimsə bunun müsbət nəticələrini hesablayıb. Əgər biz öz məhsullarımızı dəmir yolu ilə Avropaya ixrac etməyə çalışsaq, bunun maya dəyərinə hansı müsbət təsiri olacaq? Biz hesablamışıq və bunun mütləq müsbət təsiri olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi