xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır

27-12-2021, 09:23 110 dəfə baxılıb

İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır


İran İslam Respublikasının Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır.

Report xəbər verir ki, Ərdəbil valisi Hadi Ameli İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsi, xüsusilə malların tranziti sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaratmaq məqsədi ilə vilayətin şimalında sərhəd keçid məntəqəsinin açıldığını elan edib.

"İranla Azərbaycan arasında əlaqələrin inkişafı ölkəmizin və şimal qonşumuzun sakinlərini narahat edən məsələlərdən biridir və bu məsələ iki ölkə prezidentlərinin görüşündə də müzakirə olunub", - vali deyib.

"Ticarət əlaqələrini və malların tranzitini asanlaşdırmaq üçün əyalət yollarını genişləndirmək niyyətindəyik, eyni zamanda Parsabad-Ərdəbil şəhər yolunun inkişafı hər iki ölkəyə böyük şəhərlərə çıxış yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək", - Ameli bildirib.

Onun sözlərinə görə, Aslanduz sərhəd-keçid məntəqəsinin açılması iqtisadiyyat və sərhəd əlaqələrinin çiçəklənməsi baxımından böyük əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, İran hakimiyyəti koronavirusun “omikron” ştamının yayılması təhlükəsi ilə əlaqədar qonşu ölkələrlə quru sərhədini bağlayıb. İran Gömrük İdarəsinin rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib ki, Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Baş Qərargahın və Daxili İşlər Nazirliyinin əmrinə uyğun olaraq, "omikron" ştamının yayılmasının qarşısının alınması məqsədilə dekabrın 25-dən etibarən qonşu dövlətlərlə quru sərhədi sərnişinlər üçün 15 gün müddətinə bağlı olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi