xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

ATƏT-dən Bakı və İrəvana: “Bunu dəstəkləyirik”

8-12-2021, 12:58 40 dəfə baxılıb

ATƏT-dən Bakı və İrəvana: “Bunu dəstəkləyirik”


ABŞ dövlət katibi Entoni Blinken, Rusiya Federasiyası və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-İv Le Drian Qarabağ üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpasını dəstəkləyirlər.

“Bu barədə qurumun saytında yerləşdirilən məlumatda qeyd olunur.
Həmsədr ölkələr tərəfləri regionda davamlı sülhü təşviq etmək etmək məqsədi ilə xarici işlər nazirləri səviyyəsində dialoqu davam etdirməyə, eləcə də dövlət başçıları səviyyəsində təmasları davam etdirməyə çağırır.

Həmsədr ölkələr Ermənistan və Azərbaycanı qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 2020-ci il noyabrın 9-da üzərinə götürdüyü, 26 noyabr 2021-ci il tarixində üçtərəfli bəyanatlarda və digər razılaşdırılmış atəşkəs razılaşmalarında təsdiq edilmiş öhdəlikləri tam yerinə yetirməyə dəvət edib.

Sənəddə həmçinin tərəflər ATƏT sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi digər problemli məsələlərin həlli üçün konstruktiv işləməyə çağırıb.

"Tərəfləri vəziyyəti yerində qiymətləndirmək üçün bizə ən qısa zamanda regiona səfər etmək imkanı yaratmağa çağırırıq” - bəyanatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi