xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir"

15-10-2021, 13:47 42 dəfə baxılıb

İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir"


“Hazırda Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləmək, burada dağıdılmış infrastrukturu, yəni binaları, evləri, Azərbaycan xalqının tarixi abidələrini bərpa etməkdir”.
“Bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclasındakı çıxışında bildirib.

Dövlət başçısı müharibə başa çatandan sonra 150-dən çox vətəndaşımızın mina partlayışları nəticəsində həlak olduğunu, ciddi xəsarətlər aldığını deyib: “Ermənistan bütün minalanmış ərazilərin xəritəsini bizə təqdim etməkdən boyun qaçırır. Azərbaycana verilmiş kiçik sayda xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır.

Azad edilmiş torpaqlarda 30 ilə yaxın davam etmiş işğal dövründə az qala bütün binalar, tarixi abidələr dağıdılıb. Azad edilən ərazilərdə mövcud olmuş 67 məscidin 65-i tamamilə dağıdılıb, qalan 2-si qismən uçurulub, orada işğalçılar inək və donuz saxlayaraq müsəlmanların dini hisslərini qəsdən təhqir ediblər. Füzuli şəhərində, Füzuli rayonunun bütün kəndlərində bina və evlərin 100 faizi dağıdılıb. Eyni vəziyyət Ağdam şəhəri və Ağdam rayonunda da var. Ağdam şəhərinə “Qafqazın Hirosiması” deyirlər. Cəbrayıl rayonunda vur-tut iki bina salamat qalıb, orada da Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri yerləşdirilmişdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi